Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir A.Hüseynbala /
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu çərşənbə axşamı 2009-cu il üçün KİV-ə maliyyə dəstəyi müsabiqəsinin nəticələrini açıqlayıb.
"İyulun 1-də elan olunmuş müsabiqədə iştirak etmək üçün təqdim olunan 112 layihədən 55-i müsabiqənin qalibi olub", - çərşənbə axşamı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Trend Xəbərlər Şirkətinin beynəlxalq mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
Trend -un arayışı: Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu iyunun 25-dən 12 istiqamət üzrə müsabiqə elan etmişdi. Hər layihə üçün maksimum məbləğ 20 min manat müəyyənləşdirilmişdi. Ərizələr iyulun 1-dən 31-dək qəbul olunmuşdu.
Səfərlinin sözlərinə görə, qaliblərdən 30-u qəzet, 13-ü informasiya agentlikləri, 6-sı jurnalist təşkilatı və 6-sı digər əlaqəli təşkilatlar kateqoriyasına aiddir.
Trend Xəbərlər Şirkəti də müsabiqənin qalibləri arasındadır.
Trend -un arayışı: Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsyiа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən yuхarı tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]