Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir Y.Ostopenko /
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti çərşənbə axşamı Bakıda "Medianın özünütənzimləməsi" adlı Azərbaycan dilində nəşr edilmiş kitabının təqdimat mərasimi keçirilib.
Kitabın müəllifinin dediyinə görə, "Medianın özünütənzimləməsi" kitabı bestsellerdir. Bu artıq onuncu milli nəşrdir. Kitab türk, alban, tacik, macar və başqa dillərdə nəşr edilib. Kitabın tərtib edilməsində İngiltərə, Türkiyə və Bolqarıstandan ekspertlər iştirak edib.
Haraştinin fikrincə, bu kitab jurnalistlərə İnternet erasında KİV-lərin keyfiyyətinin qorunmasında kömək edəcək. O hesab edir ki, bu, dövlət üçün də xüsusi maraq kəsb edir.
"Yalnız tamamilə azad media özünü tənzimləyə bilər. Söhbət senzuradan getmir. KİV-in özünütənzimləməsi onun inkişafı üçün ən yaxşı mexanizmdir", - Haraşti deyib.
Haraşti sentyabrın 7-dən 11-dək işguzar səfərlə Bakıdadır. O, hökumət nümayəndələri, qeyri-hökumət təşkilatları və ATƏT-ə daxil olan ölkələrin səfirləri ilə görüşlər keçirmək niyyətindədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]