...

Azərbaycan cüdoçusu Ermənistanda keçirilən Avropa çempionatında gümüş mükafat qazanıb

Cəmiyyət Materials 11 Sentyabr 2009 17:06 (UTC +04:00)
Azərbaycan cüdoçusu Ermənistanda keçirilən gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb.
Azərbaycan cüdoçusu Ermənistanda keçirilən Avropa çempionatında gümüş mükafat qazanıb

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir F.Hüseynli /

Azərbaycan cüdoçusu Ermənistanda keçirilən gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb.

Azərbaycan yığmasının üzvü İlqar Müşkiyev (55 kq) Yerevanda keçirilən Avropa çempionatında Rusiyalı cüdoçu Viktor Açkinadze üzərində qələbə qazana bilməyib.

Azərbaycanın digər iki cüdoçusu - Rasim Əsədullayev və Fəqan Eminoğlu yarımfinalda rəqibləri Floren Uran və Artyom Bulıqanı məğlub edə bilməyiblər. Onlar çempionatın bürünc mükafatı üçün mübarizəni davam etdirirlər. Əsədullayevin rəqibi italiyalı Amadeo Assorsi olacaq, Eminoğlu isə tatamidə ispaniyalı Ares Herrero ilə görüşəcək.

Çempionatda beş Azərbaycan idmançısı iştirak edir, birinci gün onlardan üçü tatamiyə çıxıb. Azərbaycan yığmasının digər üzvləri Ramin Qurbanov (81 kq) və Elmar Qasımov (100 kq) çempionatın növbəti günləri çıxış edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti