...

AŞ-nin nümayəndəsi Azərbaycanda bələdiyyələrin inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirib

Cəmiyyət Materials 11 Sentyabr 2009 18:07 (UTC +04:00)
AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresinin Prezidenti Azərbaycanda bələdiyyələrin inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirib.
AŞ-nin nümayəndəsi Azərbaycanda bələdiyyələrin inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirib

Azərbaycan, Bakı,11 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresinin Prezidenti Azərbaycanda bələdiyyələrin inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirib.

AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Yan Mikallef Azərbaycana səfəri çərçivəsində cümə günü Ədliyyə Nazirliyində nazir müavini Vilayət Zahirovla görüşündə şəhər, kənd və qəsəbə bələdiyyələrinin milli assosiasiyalarının rolunun gücləndirilməsi üzrə həyata keçirilən tədbirləri təqdir edib, bu ilin dekabrında Kopenhagendə keçiriləcək İqlim Dəyişmələri üzrə Tərəflər Konfransında Azərbaycanın fəal iştirakına ümidvar olduğunu bildirib.

Nazir müavini qonağa bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması, milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti