...

Bakıda Koreyanın I Təhsil Sərgisi keçiriləcək

Cəmiyyət Materials 14 Sentyabr 2009 11:21 (UTC +04:00)
Bakıda Koreyanın I Təhsil Sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 14 sentyabr / Trend , müxbir C.Babayeva /

Oktyabrın 20-də Bakıda Koreyanın I Təhsil Sərgisi keçiriləcək. Sərgidə Koreyanın 13 ali təhsil müəssisəsi iştirak edəcək. Bu barədə Azərbaycan Təhsil Nazirliyinin məlumatında deyilir. Sərgi Azərbaycan Respublikası Təhsil Nazirliyi, Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və SEBA Turizm Şirkətinin təşkilati dəstəyi ilə keçiriləcək.

Sərgi iştirakçıları Koreyanın qeyd olunan nüfuzlu təhsil müəssisələri vasitəsilə Koreya təhsil sistemi ilə yaxından tanış olmaq, o cümlədən Koreyada təhsil almaq arzularını reallaşdırmaq imkanı əldə edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti