Azərbaycanlı atlet Avropada ilin idmançısı adına namizədlər sırasındadır

Cəmiyyət Materials 17 Sentyabr 2009 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir F.Hüseynli /

Avropa Yüngül Atletika Assosiasiyasının ilin idmançısı adına namizədlər sırasında azərbaycanlı atlet Ramil Quliyev də var.

Trend -un məlumatına görə, 40 namizəd arasında 19 yaşlı azərbaycanlı atlet Ramil Quliyev də var. Həmyerlimiz dünya çempionatının finalında 200 m məsafəyə qaçışda yeganə avropalı olub.

"Avropanın ən yaxşı yüngül atleti"nə sentyabrın 27-dək səs vermək olar. Qaliblər Avropanın Yüngül Atletika Assosiasiyasının oktyabrın 17 -də Budapeştdə keçiriləcək iclasında elan olunacaq və mükafatlandırılacaq.

2008-ci ildə Avropada ilin yüngül atletləri Yelena İsinbayeva və nizəatma üzrə olimpiya çempionu norveç Andreas Torklidsen olub.

Xəbər lenti

Xəbər lenti