Azərbaycan, Bakı,17sentyabr / Trend ,muxbir K. Zərbalıyeva /
Azərbaycanın Gəncə şəhərindəki məscid qeyri-rəsmi fəaliyyət göstərdiyi üçün bağlanıb, Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva cümə axşamı Trend -a bildirib.
"Alban məbədi kimi tanınan məscidin dini icmasının Dövlət Komitəsində dövlət qeydiyyatı olmayıb. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, onlar icma şəklində qeydiyyatdan keçməyiblər və qanuna zidd olaraq fəaliyyət göstəriblər", - mətbuat xidmətinin rəhbəri vurğulayıb.
Komitə rəsmisinin sözlərinə görə, məscidin imamı qeyri-rəsmi fəaliyyət göstərib. "O, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi şəkildə imam təyin olunmayıb", - Əliyeva deyib.
Gəncənin Şahsevən məhəlləsində yerləşən, əvvəllər Alban kilsəsi kimi fəaliyyət göstərmiş məscid sentyabrın 16-da bağlanıb.
Bir müddət əvvəl paytaxt Bakıda fəaliyyət göstərən "Məhəmməd Peyğəmbərin məscidi" və "Neft Daşları"ndakı məscid sökülüb, məhkəmə Yeni Günəşli qəsəbəsindəki "Fatimeyi-Zəhra" məscidinin sökülməsinə qərar verib, "Şəhidlər" məscidi isə bağlanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]