...

Azərbaycan şairinin kitabı Gürcüstanda nəşr olunub

Cəmiyyət Materials 23 Sentyabr 2009 23:53 (UTC +04:00)
Şəhid-şair Ülvi Bünyadzadənin Gürcüstanda «Ömür yolu» adlı kitabı iki dildə nəşr olundub.
Azərbaycan şairinin kitabı Gürcüstanda nəşr olunub

Azərbaycan, Bakı, 23 sentyabr / Trend /

Şəhid-şair Ülvi Bünyadzadənin Gürcüstanda "Ömür yolu" adlı kitabı iki dildə nəşr olundub.

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda şəhid-şair Ülvi Bünyadzadənin 40 illik yubileyi qeyd olunmuşdur.Yubiley tədbiri ilə əlaqədar Ülvinin gürcüstanda iki dildə nəşr olunan "Ömür yolu" kitabı, habelə Bakıda nəş olunan yenə eyni adlı kitabının beş dilli (ingilis, rus, türk,gürcü və Azərbaycan) var iantı oxucuların ixtiyarına verilmişdir. Birinci kitab millət vəkili qənirə paşayevanın dəstəyi ilə, ikinci kitab isə Mədəniyyət və Turizm nazirliyinin köməkliyi ilə çap olunmuşdur. Tədbirdə millət vəkili Qənirə Paşayeva da iştirak edirdi.

Son illər Azərbaycan-gürcü əlaqələri inkişaf edir, həm Bakıda, həm Tiflisdə çoxsaylı kitablar işıq üzü görür. Belə hadiəsələrdən  biri  lap bu günlərdə Tiflisdə şəhid-şair Ülvi Bünyadzadənin "Ömür yolu" adlı kitabının nəşr olunmasıdır.

Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun dəstəyi və PenGUAM təşkilatı ilə əməkdaşlığı çərçivəsində nəşr olunan kitab parlament dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayevanın "Dostluğun və oxşar taleyin nişanəsi" adlı həm 20 yanvar hadisələrindən, həm də xalqımızın yaxın və keşməkeşli tarixindən bəhs edən müfəssəl giriş yazısı ilə açılır. Sonra oxucular unudulmaz şairimizin  irsinin qoruyucusu və bibisi, filoloq Almaz Ülvinin "Mənim Ülvi dünyam" başlıqlı yazısı  ilə tanış olurlar, ən sonda isə Ülvinin "Ömür yolu" poemasının istedadlı , ağrılı sətirlərinin arasında itib-batırlar.

Azərbaycan və  gürcü dillərində təqdim olunan bütün materialların arasında Ülvinin məşhur "And"ının fotokopisi də yer alıb.  "Qafqaz Evi" tərəfindən nəşr olunan kitabın tərcüməçisi, gənc tərcüməçi Oqtay Kazımov, redaktoru tanınmış gürcü şairi Şota iataşvili, məsləhətçisi "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, PenGUAM təşkilatının icraçı direktoru Səlim Babullaoğlu, rəssamı Kote Sulaberidzedir. Bildiyiniz kimi sentyabrın 23-də Ülvinin doğum günüdür və unudulmaz şairimizin 40 illiyi ərəfəsində çap olunan kitabın senyabrın 19-da "Qafqaz Evin"də gürcü yazıçıları arasında ilkin təqdmatı və müzakirəsi keçirilmişdir.

Qeyd etmək yerinə düşər ki, millət vəkili Qənirə Paşayevanın giriş yazısı hər iki xalqın oxşar taleyindən, sovet,sonra da rus basqısına bu gün də məruz qaldığından, minərlə günhsız qurban verdiklərindən danışmaqla yanaşı 20 yanvar hadisələri ilə bağlı arxiv fotoşəkillərindən istifadə olunaraq təqdim  edilmişdir ki, bu da kitabı təkcə bədii fakt kimi deyil, həm tariximizlə bağlı vacib sənəd kimi də aktual edir.

Şair Ülvi Bunyadzadənin "Ömür Yolu" adlı iki kitabının təqdimat mərasimi giriş sözü ilə mərasimin təşkilatçısı, şair, tərcüməçi Səlim Babullaoğlu açıb. O bildirib ki, kitab Ü.Bunyadzadənin 40 illik yubileyi münasibəti ilə hazırlanıb. Onun sözlərinə görə, kitabın çap olunmasında Yazıçılar Birliyinin də xüsusi rolu olub. O söyləyib ki, kitab Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə çap olunub.

Millət vəkili Qənirə Paşayeva öz çıxışında Ü.Bunyadzadənin doğum günü olduğunu, Azərbaycanın Azadlığı yolunda canını qurban verdiyinin bildirib. Ü.Bunyadzadənin ölümündən əvvəl yazdığı andı xüsusi vurğulayan millət vəkili söyləyib ki, 20 yaşlı gəncin bu cür and yazması gənclərə bir nümunədir.
"Cox təəssüflənirəm ki, bu gün bütün medianın diqqətindən yayınır. Çalıb-oxuyanların, müğənnilərin və digərlərinin ad günləri yüksək səviyyədə təbliğ olunur onlar haqqında verilişlər çəkilir, amma həmin təbliğata, verilişlərə layiq olan Ülvi kimilər təbliğ olunmur. Belə gənclərin həyatı, ömür yolunun cəmiyyətin diqqətində olması çox vacibdir. Gənclərimiz onun kimi oğullardan örnək almalıdırlar",- deyə o qeyd edib.

Təqdimat mərasimində çıxış edən Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov kitablar və Ü.Bünyadzadənin qələmi haqqında öz fikir və düşüncələrini söyləyib.

Tədbirdə şəhidin bibisi Almaz Ülvi, Yazıçılar Birliyinin katibi Rəşad Məcid və digərləri də çıxış edib.

Xəbər lenti

Xəbər lenti