...

Dünya Bankı dövlət investiyaları hesabına kadr potensialının inkişafı üçün Azərbaycan hökumətinə 8 milyon dollar vəsait ayıracaq

Cəmiyyət Materials 1 Oktyabr 2009 13:18 (UTC +04:00)
Təhsil naziri Misir Mərdanov cümə axşamı jurnalistlərə müsahibəsində bildirib ki, layihənin ümumi dəyəri 10 milyon dollar təşkil edir ki, bunun da 2 milyon dolları Azərbaycan hökuməti tərəfindən öndəniləcək.
Dünya Bankı dövlət investiyaları hesabına kadr potensialının inkişafı üçün Azərbaycan hökumətinə 8 milyon dollar vəsait ayıracaq

Azərbaycan, Bakı, 01 oktyabr / Trend , M.Əliyeva/

Təhsil naziri Misir Mərdanov cümə axşamı jurnalistlərə müsahibəsində bildirib ki, layihənin ümumi dəyəri 10 milyon dollar təşkil edir ki, bunun da 2 milyon dolları Azərbaycan hökuməti tərəfindən öndəniləcək.

Nazirin sözlərinə görə, layihə 2010-2013-cu illəri əhatə edir və məqsədi icra səviyyəsinin yüksəldilməsi və prioritet sektorlarda investisiya layihələrinin səmərəliliyinin artırılmasıdır.

Razılaşma Azərbaycanın təhsil naziri Mərdanov və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Aləm tərərfindən imzalanıb.

Kadr potensialının inkişafı layihəsi Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi altında həyata keçiriləcək. Layihənin əsas icraçısı Azərbaycan Təhsil Nazirliyidir.

Azərbaycan 1992-ci ildən Dünya Bank ilə əmkdaşlıq edir. Bu müddət ərzində Dünya Bankı ölkədə ümumi dəyəri 2.16 milyon dollar olan 42 layihə maliyyələşdirib.

Xəbər lenti

Xəbər lenti