...

TREND agentliyi dünya KİV-lərinin Pekində keçiriləcək sammitində iştirak edəcək

Cəmiyyət Materials 6 Oktyabr 2009 15:20 (UTC +04:00)
8-9 oktyabr tarixlərində Pekində dünyanın məşhur qəzet, jurnal, informasiya agentlikləri, radio və televiziya və internet şəbəkələri rəhbərlərini bir yerə toplayacaq dünya KİV-lərinin ilk sammiti keçiriləcək.
TREND agentliyi dünya KİV-lərinin Pekində keçiriləcək sammitində iştirak edəcək

Azərbaycan, Bakı, 06 oktyabr / Trend /

8-9 oktyabr tarixlərində Pekində dünyanın məşhur qəzet, jurnal, informasiya agentlikləri, radio və televiziya və internet şəbəkələri rəhbərlərini bir yerə toplayacaq dünya KİV-lərinin ilk sammiti keçiriləcək.

Sammitdə Çin Xalq Respublikasının rəhbərliyi nümayəndələrinin də iştirakı gözlənilir.

Pekində keçirilən yay Olimpiya oyunları zamanı Sinxua Li Konqcun agentliyinin rəhbəri ilə Amerikanın News Corp agetnliyinin rəhbəri Rupert Merdok, Assosiated Press-in baş direktoru Tomas Kerli, Reuters-in baş redaktoru Devid Şlezinqer, BBC-nin baş direktoru Mark Tompson, Kyodo News-un direktoru Satosi İsikava və ИТАР-ТАСС-ın rəhbəri Vitaliy İqnatenko Dünya KİV-lərinin sammitinin keçirilməsi təşəbbüsünü irəli sürüblər.

130-dan çox dünya və 40-dan artıq Çin KİV-i sammitdə iştirak etmək üçün qeydiyyatdan keçib. Azərbaycanı sammitdə TREND informasiya agentliyi təmsil edəcək. Bu yüksək səviyyəli görüş bütün dünyanın diqqətini cəlb edib.

Li Congjun agentliyinin rəhbəri sammitə sədrlik edəcək. Amerikalı mediamaqnat və News Corp.-nin rəhbəri Rupert Merdok (Rupert Murdoch), Assosiated Press-in baş direktoru Tomas Kerli (Tom Curley), Reuters-in baş redaktoru Devid Şlezinqer (David Schlesinger), Kyodo News-un direktoru Satosi İsikava (Satoshi Ishikawa), ИТАР-ТАСС-ın rəhbəri Vitaliy İqnatenko , BBC Global News-un direktoru Riçard Sambruk (Richard Sambrook), Turner Broadcasting System's Asia Pacific-in rəhbəri Stiv Markopoto (Steve Marcopoto) və Google Global-ın vitse prezidenti Con Liu (John Liu) həmsədr qismində çıxış edəcəklər.

Sammit əsasən dünya kütləvi informasiya vasitələrinin müasir tələblərə cavab verməsi və şəbəkə texnologiyalarında gəlir əldə etmə mövzusuna həsr olunacaq.

Sammitdə həmçinin kütləvi informasiya vasitələrinin qlobal birləşdirilməsi, rəqəmsal əsrdə KİV-in problemləri və imkanları, gələcək jurnalistlərin formalaşdırılması, maliyyə böhranı və KİV-in buna cavabı, KİV-in sosial məsuliyyətləri və s. mövzular da müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti