...

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun məlumat xidmətinə əsasən pensiya məsələləri ilə bağl müraciətlər daxil olub

Cəmiyyət Materials 12 Oktyabr 2009 11:04 (UTC +04:00)
Babayevin sözlərinə görə, bu dövr ərzində “190” nömrəli telefon məlumat xidmətinə (“Call-center”) əhali tərəfindən daxil olan müraciətlər arasında pensiya məsələləri ilə bağlı məsələlər üstünlük təşkil edib. Müraciətlərin 41,8 faizi bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 22,2 faizini məcburi dövlət sosial sığortasına, 14 faizini isə fərdi uçotun təşkilinə dair sorğular əhatə edib.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun məlumat xidmətinə əsasən pensiya məsələləri ilə bağl müraciətlər daxil olub

Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir M.Əliyev/

Bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun müasir tipli "190" nömrəli telefon məlumat xidmətinə 19 978 müraciət daxil olub. Bu barədə bazar ertəsi Trend -a Fondun İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayev məlumat verib.

Babayevin sözlərinə görə, bu dövr ərzində "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") əhali tərəfindən daxil olan müraciətlər arasında pensiya məsələləri ilə bağlı məsələlər üstünlük təşkil edib. Müraciətlərin 41,8 faizi bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 22,2 faizini məcburi dövlət sosial sığortasına, 14 faizini isə fərdi uçotun təşkilinə dair sorğular əhatə edib.

Daxil olan müraciətlər arasında bilavasitə Fondun səlahiyyətlərinə aid olmayan məsələlər də azlıq təşkil etməyib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 22 faizi digər məsələlərlə bağlı olub. Bu müraciətlərlə əlaqədar vətəndaşlara lazımi izahatlar verilib, onlara müvafiq qurumlara müraciət etmək tövsiyə edilib.

Ümumilikdə "190" telefon məlumat xidmətinə 9 ay ərzində 19 978 müraciət daxil olub və bütün müraciətlər operativ şəkildə cavablandırılıb. Qeyri-iş günlərinə təsadüf edən zənglərə isə avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib.

Aparılan araşdırmalara əsasən, daxil olan müraciətlərin əksəriyyəti maarifləndirici xarakter daşıyıb. Telefon məlumat xidmətinə ünvanlanan suallar arasında əmək pensiyası hüququnun necə yaşdan yarandığı, güzəştli şərtlərlə kimlərin pensiyaya çıxmaq hüququnun olduğu, pensiya təyinatı üçün hansı sənədlərin tələb edildiyi, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər, sosial sığorta üzrə ödəmələrin növləri, sığortaedənlərin, eləcə də sığortaolunanların hüquq və vəzifələri kimi məsələlər üstünlük təşkil edib. Müraciətlər arasında Fondun yerli şöbələrinin fəaliyyətindən şikayətlər də olub ki, həmin şikayətlərlə bağlı dərhal araşdırma aparılmış və müvafiq tədbirlər görülmüşdür.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti