...

Azərbaycan paytaxtında ali məktəbə abituriyent düzəltmək adı ilə dələduzluq edən şəxs saxlanılıb

Cəmiyyət Materials 13 Oktyabr 2009 12:28 (UTC +04:00)
Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsindən verilən məlumata görə, 2008-ci ilin iyununda Ukrayna dairəsində yerləşən parkda Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Rövşən Kəlpaşa oğlu İsgəndərov ali məktəbə düzəltmək adı ilə Bakı şəhər sakinləri – 1958-ci il təvəllüdlü Əlibaba Mikayıl oğlu Əkbərovdan 6500 manat, 1966-cı il təvəllüdlü Firuzə Aydın qızı Musayevadan 1000 manat alaraq, mənimsəyib.
Azərbaycan paytaxtında ali məktəbə abituriyent düzəltmək adı ilə dələduzluq edən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir H.Bağırov/

Azərbaycan paytaxtında ali məktəbə abituriyent düzəltmək adı ilə dələduzluq edən şəxsin barəsində cinayət işi başlayıb.

Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsindən verilən məlumata görə, 2008-ci ilin iyununda Ukrayna dairəsində yerləşən parkda Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Rövşən Kəlpaşa oğlu İsgəndərov ali məktəbə düzəltmək adı ilə Bakı şəhər sakinləri - 1958-ci il təvəllüdlü Əlibaba Mikayıl oğlu Əkbərovdan 6500 manat, 1966-cı il təvəllüdlü Firuzə Aydın qızı Musayevadan 1000 manat alaraq, mənimsəyib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin küllü miqdarda dələduzluq etmək (178.3.2) maddəsi ilə cinayət işi başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti