...

İranda ibtidai məktəb şagirdlərində "donuz qripi" aşkarlanıb

Cəmiyyət Materials 14 Oktyabr 2009 13:03 (UTC +04:00)
İranın Səhiyyə Nazirliyi bildirib ki, ölkədə indiyə kimi A/H1N1 virusuna yoluxma üzrə 649 hal təsdiqlənib və artıq ibtidai mətkəb şagirdlərində də bu virusa yoluxma halları aşkarlanıb.
İranda ibtidai məktəb şagirdlərində "donuz qripi" aşkarlanıb

İranın Səhiyyə Nazirliyi bildirib ki, ölkədə indiyə kimi A/H1N1 virusuna yoluxma üzrə 649 hal təsdiqlənib və artıq ibtidai mətkəb şagirdlərində də bu virusa yoluxma halları aşkarlanıb. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

"Ötən həftə ərzində ibtidai sinif şagirdləri arasında A/H1N1 virusuna yoluxma halı artıb. Qripə yoluxmuş şagirdlər həkimin göstərişi ilə tam sağalanadək  məktəbə getməməlidirlər", - deyə İranın Səhiyyə Nazirliyi yanında İfeksion Xəstəliklər Mərkəzinin direktoru Muhəmməd Mehdi Quya deyib.

Quya "donuz qripi"ndən daha üç nəfərin ölməsi barədə xəbər verib. "A/H1/N1 virusunun səbəb olduğu ölümlə nəticələnən halların sayı 3 yaşlı qızın,11 aylıq körpənin və bir hamilə qadının ölümü ilə 10 nəfərə çatıb", - deyə Quya deyib.

İranın səhiyyə dairələri əhalini payız dövründə "donuz qripi" xəstəliyinə yoluxma təhlükəsinin yüksək olması barədə xəbərdar edib.

Əvvəlcə İran hökuməti A/H1N1 virusunun yayılmasının qarşısının alınması məqsədilə müqəddəs Ramazan ayında "Ümrə"ni (kiçik Həcc ziyarəti ) ləğv etdi.

IRNA agentliyinin məlumatına əsasən, İranda "donuz qripi"nə ilk yoluxma halı iyulun 14-də qeydə alınıb.

Bu virusun əsas simptomları bunlardır: yüksək temperatur, öskürək, boğaz ağrısı, zökəm və ya burunun tutulması, bədəndə ağrılar, baş ağrısı, üşütmə və halsızlıq. Virusa yoluxmuş insanların böyük əksəriyyətində həm də diareya və ürəkbulanma baş verir.

Xəbər lenti

Xəbər lenti