...

Prokuror Azərbaycanda azyaşlı bacıların qətlində günahlandırılan qardaşların cəzasının ağırlaşdırılmasını istəyir

Cəmiyyət Materials 16 Oktyabr 2009 14:10 (UTC +04:00)
Prokuror, Elçin İsmayılovun 10, Elnur İsmayılovun isə 15 il cəza almalarını xahiş edib.
Prokuror Azərbaycanda azyaşlı bacıların qətlində günahlandırılan qardaşların cəzasının ağırlaşdırılmasını istəyir

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , muxbir H.Bağırov/

Prokuror Azərbaycanda azyaşlı bacıların qətlində günahlandırılan qardaşların cəzasının ağırlaşdırılmasını istəyir.

Trend -un məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində Dəvəçinin Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə ittiham olunan qardaşların barəsindəki hökmdən verilən apellyasiya şikayəti və apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünün dəyişdirilməsini, prokurorluğun apellyasiya protestinin təmin edilməsini istəyib. Prokuror, Elçin İsmayılovun 10, Elnur İsmayılovun isə 15 il cəza almalarını xahiş edib. Prokuror təqsirləndirilən Təvəkkül İsmayılovun cəzasının müddətli cəza ilə əvəz edilməsi barədə apellyasiya şikayətinin, zərərçəkmiş Məcidovların isə hökmün ləğv edilərək, işin yenidən ibtidai istintaqa qaytarılması və cinayətin digər iştirakçılarının müəyyən edilməsi barədə apellyasiya protestinin təmin edilməməsini məhkəmədən xahiş edib.

Məhkəmə qərarını oktyabrın 27-də elan edəcək.

İttiham olunan şəxslər Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə və digər ağır cinayətlər törətməkdə ittiham olunublar. Məhkəmənin hökmü ilə Təvəkkül İsmayılov ömürlük, Elnur 6, Elçin isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti