Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir F.Hüseynli/
Azərbaycanda futbol hakimini təhqir etdiyinə görə məşqçi cəzalandırılıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) çərşənbə axşamı Trend -a bildiriblər ki, İntizam Komitəsinin qərarı ilə oktyabrın 17-də XVIII Unibank Premyer Liqasının VII turunun "Qəbələ" - "Olimpik-Şüvəlan" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunub.
Oyunun 70-ci dəqiqəsində "Qəbələ" klubunun məşqçisi Vidadi Rzayev hakimləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalandırılıb, klub isə 4000 (dörd min) manat cərimə olunub.
Matçın 86-cı dəqiqəsində meydana kənar əşya atıldığı üçün meydan sahibi - "Qəbələ" klubu 2000 (iki min) manat cərimə olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]