...

Parisdə keçirilən dünya çempionatında Azərbaycan idmançıları məğlub olub

Cəmiyyət Materials 23 Oktyabr 2009 15:03 (UTC +04:00)
Trend News-un məlumatına görə, 66 kq-da Fəqan Eminoğlu ilk mərhələdə Qollan Pollakla (İsrail) görüşüb. 2 dəfə vazari fəndinə düşən həmyerlimiz məğlub olub. O, 1/4 final mərhələsində tez uduzduğdan, təsəlliverici mərhələyə qatılmaq şansını itirib.
Parisdə keçirilən dünya çempionatında Azərbaycan idmançıları məğlub olub

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir F.Hüseynli/

Fransanın paytaxtı Parisdə gənc cüdoçular arasında təşkil olunan dünya çempionatının ikinci günü Azərbaycan idmançıları üçün uğursuz başlayıb.

Trend -un məlumatına görə, 66 kq-da Fəqan Eminoğlu ilk mərhələdə Qollan Pollakla (İsrail) görüşüb. 2 dəfə vazari fəndinə düşən həmyerlimiz məğlub olub. O, 1/4 final mərhələsində tez uduzduğdan, təsəlliverici mərhələyə qatılmaq şansını itirib.

73 kq çəkidə isə Orxan Dünyamalıyev empionatla erkən vidalaşıb. Püşkün nəticəsinə əsasən, yəmənli Valid Əl-Kabzari ilə qarşılaşmalı olan cüdoçumuz qeyri-müəyyən səbəbdən görüşə çıxmayıb. Buna görə də Dünyamalıyev yarışdan kənarlaşdırılıb.

Milli komandamızın hesabında artıq bir medal var. Çempionatın ilk günündə İlqar Müşkiyev (55 kq) 2-ci yeri tutub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti