...

Azərbaycan güləşçiləri İstanbulda keçirilən bеynəlxalq turnirdə 3 medal qazanıb

Cəmiyyət Materials 24 Oktyabr 2009 12:35 (UTC +04:00)
Güləş Federasiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aysel Osmanlı şənbə günü Trend News-a bildirib ki, yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamız üçün turnirin ilk günü uğurlu olub.
Azərbaycan güləşçiləri İstanbulda keçirilən bеynəlxalq turnirdə 3 medal qazanıb

Azərbaycan, Bakı, 24 oktyabr / Trend , muxbir F.Hüseynli/

İstanbulda keçirilən bеynəlxalq turnirin ilk günü güləşçilərimiz 3 medal qazanıb.

Güləş Federasiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aysel Osmanlı şənbə günü Trend -a bildirib ki, yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamız üçün turnirin ilk günü uğurlu olub.

Oktyabrın 23-də bütün görüşlərini qələbə ilə başa vurmuş Eldəniz Əzizli (50 kq) və Rəsul Cunayev (66 kq) qızıl medal qazanıb. Millimizin digər perspektivli təmsilçisi Toğrul Yunisli (66 kq) 3-cü yeri tutub.

Oktyabrın 24-də daha 3 pəhləvanımız mübarizəyə qoşulacaq. Qasım Məhəmmədov 55 kq, Niyaməddin İbrahimov 74 kq və Zaur Mehrəliyev 120 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

Turnirin son günündə isə mübarizəyə 84 kq çəki dərəcəsində Şəhriyar Məmmədov qoşulacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti