...

Azərbaycanda prokurorluq orqanlarına keçirilən imtahanın nəticələri açıqlanıb

Cəmiyyət Materials 27 Oktyabr 2009 15:51 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən çərşənbə axşamı Trend News-a verilən məlumata görə, imtahanda iştirak edən 527 nəfərdən 285 nəfəri müsabiqə şərtini ödəyərək (60 bal və daha yüksək nəticə) növbəti mərhələyə buraxılıblar.
Azərbaycanda prokurorluq orqanlarına keçirilən imtahanın nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda prokurorluq orqanlarına vakant yerlərə bu gün keçirilən imtahanın nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, imtahanda iştirak edən 527 nəfərdən 285 nəfəri müsabiqə şərtini ödəyərək (60 bal və daha yüksək nəticə) növbəti mərhələyə buraxılıblar.

İmtahanda 80 və daha yüksək bal toplayan namizədlərin sayı 60 nəfər olub. İmtahanda ən yüksək nəticə 87 bal olub. Prokurorluq orqanlarında 80 ştat vahidi üzrə elan edilmiş müsabiqədə iştirak etmək üçün 545 namizəd sənəd verib.

Prokurorluğa işə sənədlərini verənədək 30 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.

Prokurorluq orqanlarına keçirilən son müsabiqə ilə 79 nəfər işə qəbul olunub. 2002-ci ildən başlayaraq prokurorluq orqanlarına 293 nəfər gənc hüquqşünas işə qəbul olunub. Bu isə prokurorluq əməkdaşlarının 30 faizindən çoxunu təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti