...

Cənubi Qafqazda "nə sülh, nə müharibə" vəziyyəti daimi saxlanıla bilməz – II İlya

Cəmiyyət Materials 5 Noyabr 2009 14:30 (UTC +04:00)
Cənubi Qafqazda “nə sülh, nə müharibə” vəziyyəti daimi saxlınıla bilməz, Ümumgürcüstan Katalikos Patriarxı II İliya belə hesab edir.
Cənubi Qafqazda "nə sülh, nə müharibə" vəziyyəti daimi saxlanıla bilməz – II İlya

Azərbaycan, Bakı, 5 noyabr / Trend , müxbir Ü.Sadıxova/

Cənubi Qafqazda "nə sülh, nə müharibə" vəziyyəti daimi saxlınıla bilməz, Ümumgürcüstan Katalikos Patriarxı II İliya belə hesab edir.

"Biz çox çətin zamanda yaşayırıq. Hər zaman ölkələrimizin müstəqil olmasını arzulasaq da, arzularımız tam şəkildə özünü doğrultmayıb: Azərbaycanın və Gürcüstanın ərazi bütövülüyün pozulması halı kimi. Biz ərazi bütövlüyünün pozulmasının həmişəlik kök salmasına razı ola bilmərik, biz ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edəcəyik", - cümə axşamı Bakıda Qafqaz Müsəlmanları İdarəsinin başçısı Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə II İlya bildirib.

O, Şeyxülislamın, Azərbaycan və Gürcüstan prezidentlərinin regionda sülh və stabilliyin bərqərar olması istiqamətində xidmətlərini yüksək qiymətləndirib.

"Gürcüstan və Azərbaycanı Qafqazın ümumi taleyi birləşdirir, bir çox hadisələrdə talelərimiz oxşardır", - Paşazadə bildirib.

Şeyxülislamın sözlərinə əsasən, xalqlar arasında ədavət salmaq istəyən qüvvələr var. "Düzdür, bunlar kiçik hadisələrdir, lakin onlar ədavət salmaq istəyən qüvvələr tərəfindən törədilir", - Paşazadə bildirib.

"Gürcüstan və Azərbaycan üçün daha vacib problem ərazi bütövlüyünün pozulmasıdır", - Şeyxülislam qeyd edib.

"Sirr deyil ki, Qafqazdakı ciddi problemlər Ermənistanın öz qonşularına ərazi iddiaları ilə bağlıdır, inanıram ki, siz Qafqazda sülhün bərqərar olması və separatizmin yox edilməsi üçün bütün səylərinizi göstərəcəksiniz", - Qafqaz müsəlmanlarının dini lideri bildirib.

Xəbər lenti

Xəbər lenti