...

Macarıstanda "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" beynəlxalq elmi konfrans keçirilib

Cəmiyyət Materials 9 Noyabr 2009 12:22 (UTC +04:00)
“Tədbir Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun və Macarıstan Elmlər Akademiyası Dünya İqtisadiyyatı İnstitutunun, eləcə də Azərbaycan Parlamentindəki Macarıstan-Azərbaycan dostluq qrupunun iştirakı ilə baş tutub”, - bazar ertəsi Trend News-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Macarıstanda "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan, Bakı, 09 noyabr / Trend , müxbir A.Hüseynbala/

Macarıstanda "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" IV beynəlxalq elmi konfrans keçirilib.

"Tədbir Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun və Macarıstan Elmlər Akademiyası Dünya İqtisadiyyatı İnstitutunun, eləcə də Azərbaycan Parlamentindəki Macarıstan-Azərbaycan dostluq qrupunun iştirakı ilə baş tutub", - bazar ertəsi Trend -a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Elmi forumun əsas mövzuları iqtisadiyyat, hüquq və siyasət məsələləri olub. "Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov deyib ki, konfrans səfirliyin Budapeştdə keçirdiyi illik elmi forumlar silsiləsindən sayca dördüncü olsa da, macarıstanlı və azərbaycanlı iqtisadçı alimlərin iştirak etdiyi ilk forumdur. Həsənov səfirliyin təşəbbüsü ilə əvvəllər keçirilmiş "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" silsiləsindən konfranslar barədə məlumat verib. Səfir qeyd edib ki, budəfəki konfrans əvvəllər təklif edilmiş ideyaların inteqrasiya olunması, müzakirə edilən məsələlərin formatının və mövzu dairəsinin genişlənməsi baxımından öncəkilərdən fərqlənir. O. Azərbaycan səfirliyinin çap etdirdiyi kitabları və kitabçaları konfrans iştirakçılarına təqdim edib", - məlumatda qeyd edilir.

Milli Məclisin deputatı Xanhüseyn Kazımlı milli iqtisadiyyatın inkişafında Azərbaycanın uğurlarını əks etdirən statistik rəqəmlər səsləndirib. "O deyib ki, bizim əsas siyasi məqsədimiz Azərbaycan cəmiyyətində sosial sabitliyin təmin edilməsidir. Ölkədə xarici iş adamlarının investisiya fəaliyyəti üçün əlverişli şərait yaradılıb, əcnəbi sərmayədarların işi üçün zəruri sosial-hüquqi baza təmin edilib. Millət vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif səviyyəli beynəlxalq müzakirələri zamanı Macarıstan hökumətinin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib və bunun üçün macar xalqına minnətdarlığını bildirib", - məlumatda vurğulanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti