...

Bakıda Almaniya Pensiya Sığortası İdarəsi ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun təşkil etdiyi seminar işinə başlayıb

Cəmiyyət Materials 18 Noyabr 2009 15:31 (UTC +04:00)
Bakıda Almaniya Pensiya Sığortası İdarəsi ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun birgə təşkil etdiyi sayca 11-ci seminar işinə başlayıb.
Bakıda Almaniya Pensiya Sığortası İdarəsi ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun təşkil etdiyi seminar işinə başlayıb

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Bakıda Almaniya Pensiya Sığortası İdarəsi ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) birgə təşkil etdiyi sayca 11-ci seminar işinə başlayıb.

"İki gün (18-19 noyabr) davam edəcək seminarda iştirak etmək üçün Almaniya Pensiya Sığortası İdarəsinin Təftiş komissiyasının sədri Henrix Matevin Azərbaycana səfərə gəlib", - çərşənbə günü Trend -a DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan məlumat verilib.

Seminarda Matevin "Təftiş komissiyası. Təftiş komissiyasının məqsəd və fəaliyyəti", "Federal Sığorta Xidmətinin məqsəd və fəaliyyəti" mövzularında təqdimatla cıxış edəcək. Matevinin Bakıya səfəri cərcivəsində keçirəcəyi görüşlərdə Almaniya Pensiya Sığortası İdarəsi və DSMF arasında gələcək əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq və qarşılıqlı maraq doğuran sahələrdə hər iki ölkənin təcrübəsi öyrəniləcək.

DSMF-nin nümayəndə heyətinin 2007-ci ilin dekabrında Almaniyaya səfəri zamanı bu qurumlar arasında ikitərəfli saziş imzalanıb. Saziş 2008-2009-cu illər üzrə əməkdaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsini nəzərdə tutur. Buna qədər müxtəlif mövzulu 5 seminar Almaniyanın Berlin şəhərində, 5 seminar isə Bakı şəhərində təşkil olunub. Nümayəndə heyətlərinin qarşılıqlı səfərlərində və keçirilən birgə seminarlarda sığorta-pensiya sistemində məcburi dövlət sosial sığorta haqlarının yığımı sahəsində hüquqi tənzimləmə mexanizmləri, bu sahədə mövcud olan qanunvericilik, sosial sığorta haqlarının toplanmasında işəgötürənlər üzərində nəzarət, sığortaolunanların fərdi uçotu, pensiya təyinatı üzrə qurumların fəaliyyəti, mətbuat və ictimaiyyətlə iş, informasiya təhlükəsizliyi, informasiya texnologiyalarının arxitekturası, insan resurslarının idarə edilməsi, aktuar hesablamaların tədqiqi məsələləri müzakirə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti