...

ATƏT Azərbaycanda "Təhlükəsizlik və ətraf mühit üzrə vətəndaş fəaliyyəti" layihəsini elan edib

Cəmiyyət Materials 18 Noyabr 2009 16:43 (UTC +04:00)
ATƏT Azərbaycanda "Təhlükəsizlik və ətraf mühit üzrə vətəndaş fəaliyyəti" layihəsini elan edib, layihə Statoil şirkəti və Avstriya hökuməti tərəfindən maliyyələşdiriləcək. Ətraf mühitin mühafizəsinə maksimum 10 000 avroyadək kiçik qrantların ayrılması nəzərdə tutulur.
ATƏT Azərbaycanda "Təhlükəsizlik və ətraf mühit üzrə vətəndaş fəaliyyəti" layihəsini elan edib

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir M.Əliyev/

ATƏT Azərbaycanda "Təhlükəsizlik və ətraf mühit üzrə vətəndaş fəaliyyəti" layihəsini elan edib, layihə Statoil şirkəti və Avstriya hökuməti tərəfindən maliyyələşdiriləcək. Ətraf mühitin mühafizəsinə maksimum 10 000 avroyadək kiçik qrantların ayrılması nəzərdə tutulur.

"Təhlükəsizlik üzrə fəaliyyətdə birgə yanaşmanı ön plana çıxarmaq lazımdır. Biz bu məqsədlə vətəndaş cəmiyyətlərinin - elmi cəmiyyətlərin və özəl sektorun səylərini birləşdirmək niyyətindəyik", - ATƏT-in Bakı ofisi rəhbərinin müavini Melisa Stoun deyib.

"Layihə çərçivəsində işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin prioritetlərinə müvafiq olaraq aparılmalıdır", - Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin müdafiəsi siyasəti şöbəsinin əməkdaşı Amil Səfiyev deyib.

Onun sözlərinə görə, Abşeron yarımadasının neft tullantılarından təmizlənməsi, səhralaşmanın qarşısının alınması, yaşıllaşmanın aparılması və suların təmizlənməsi "Ekologiya ili" adlandırılan 2010-cu il üçün Ekologiya Nazirliyinin prioritetləridir.

"Layihənin məqsədi ətraf mühitin mühafizəsi üzrə tədbirlərdə QHT və hökumətin əməkdaşlığına kömək etməkdir", - Səfiyev deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti