...

Azərbaycanın futbol hakimi FİFA-nın medalı ilə təltif olunub

Cəmiyyət Materials 19 Noyabr 2009 12:40 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından cümə axşamı Trend News-a bildiriblər ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının oyunlarında ədalət prinsiplərini qoruyan hakimlərdən biri Əfqan Həmzəyevdir.
Azərbaycanın futbol hakimi FİFA-nın medalı ilə təltif olunub

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycanın futbol hakimi FİFA-nın medalı ilə təltif olunub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından cümə axşamı Trend -a bildiriblər ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının oyunlarında ədalət prinsiplərini qoruyan hakimlərdən biri Əfqan Həmzəyevdir.

Çimərlik futbolu üzrə FİFA referisi Həmzəyev dünya çempionatında iki oyunda - Braziliya - Bəhreyn və Portuqaliya - Solomon adaları qarşılaşmasında meydanda olub və idarəçiliyi yüksək qiymətləndirilib.

Həmzəyevin adı dünya çempionatının son oyunlarınadək təyinat alacaq hakimlərin siyahısına daxil edilib və bununla əlaqədar o, FİFA-nın xüsusi medalı ilə təltif edilib.

Dünya çempionatının həlledici mərhələsində cəmi 12 hakimin (onlardan 5 nəfəri Avropanı təmsil edir) xidmətindən istifadə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti