...

Bakıda Azərbaycanın Milli Qəhrəmanı Samir Xasıyevə həsr olunmuş "Samirin vəsiyyəti" adlı filmin təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2009 16:25 (UTC +04:00)
Azərbaycanın Milli qəhrəmanı Samir Xasıyev haqqında film onun timsalında həqiqi dəyərlərin nümayiş olunması üçün Azərbaycanın gənc tamaşaçılarına yönəlib. Bu barədə "Samirin Vəsiyyəti" sənədli filminin təqdimat mərasimində filmin yaradılmasının təşəbbüskarı, Milli Məclisin millət vəkili Qənirə Paşayeva bildirib.
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Samir Xasıyevə həsr olunmuş "Samirin vəsiyyəti" adlı filmin təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir M.Əliyev /

Azərbaycanın Milli qəhrəmanı Samir Xasıyev haqqında film onun timsalında gənclərə həqiqi dəyərlərin nümayiş olunması üçün Azərbaycanın gənc tamaşaçılarına yönəlib. Bu barədə "Samirin Vəsiyyəti" sənədli filmin təqdimat mərasimində filmin yaradılmasının təşəbbüskarı, Milli Məclisin millət vəkili Qənirə Paşayeva bildirib.

Milli Qəhrəman Samir Xasıyev 1994-cü ilin əvvələrində könüllü olaraq cəhbəyə yollanıb və Ağdam, Ağdərə, Tərtər istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Samir Tərtər uğrunda gedən savaşda düşmən mühasirəsinə düşmüş döyüş yoldaşlarının mühasirədən çıxmasında misilsiz yardım göstərib. Samir Xasıyev düşmənin zəif nöqtələrinin müəyyən olunması məqsədi ilə dəfələrlə kəşfiyyat əməliyyatlarında iştirak edib. Xasıyev zabit kursunu əla qiymətlərlə bitirdikdən sonra leytenant qismində döyüş bölgəsinə qayıdıb.

1995-ci ildə Xasıyev Azərbaycanda dövlət çevrilişinə cəhdlərin qarşısının alınması üzrə fəal hərbi əməliyyatlarda iştirak edib və həmin əməliyyyatlar zamanı həlak olub.

Ümumilli lider Heydər Əliyev Samir Zirəddin oğlu Xasıyevin vətən, millət və dövlət qarşısındakı xidmətlərini yüksək qiymətləndirib və onu ölümündən sonra Azərbaycanın Milli qəhrəmanı adına layiq görüb.

"Samirin cəbhəyə yollanan zaman 18 yaşı vardı. O, 21 yaşında Milli Qəhrəman adına layiq görülüb. Bu igidlik bizim gənclər üçün örnək olmalıdır", - Paşayeva qeyd edib.

Millət vəkili Qarabağ müharibəsi qəhrəmanlarına həsr olunan filmlərin Azərbaycanın efir məkanına tez-tez çıxacağına ümid etdiyini bildirib. Belə ki, bu insanların böyük amalı Azərbaycanın ərazi bütövlüyünün qorunmasıdır.

"Biz sərhəddəki hərbi hissələrə baş çəkərkən, orada Samir kimi Vətənini əzmlə qoruyan əsgərləri görürük", - tədbir zamanı ombudsman Elmira Süleymanova bildirib.

"Samirin vəsiyyəti" filminin ssenari müəllifi və rejisoru Etibar Məmmədovun sözlərinə əsasən, Azərbaycan tamaşıçılarına yaxın zamanda Milli Qəhrəman Koroğlu Rəhimov haqqında sənədli film nümayiş olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti