...

Azərbaycanın 10 yaşlı şahmatçısı dünya çempionu olub

Cəmiyyət Materials 23 Noyabr 2009 12:11 (UTC +04:00)
Azərbaycan 10 yaşlı şahmatçısı dünya çempionu olub. Trend News-un məlumatına görə, Günay Məmmədzadə Türkiyənin Antalya şəhərində keçirilmiş dünya çempionatında böyük uğura imza atıb.
Azərbaycanın 10 yaşlı şahmatçısı dünya çempionu olub

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycan 10 yaşlı şahmatçısı dünya çempionu olub. Trend -un məlumatına görə, Günay Məmmədzadə Türkiyənin Antalya şəhərində keçirilmiş dünya çempionatında böyük uğura imza atıb.

Şahmatçımız bütün yaşıdlarını qabaqlayaraq, qızıl medala sahib çıxıb. Çempionatda keçirdiyi 11 oyunun heç birində uduzmayan Məmmədzadə 1-ci yeri tutub. Bu yaş qrupunda yarışan digər həmvətənlimiz Aydan Höccətova (8,5 xal) isə bürünc medala yiyələnib.

Bundan başqa, Nərmin Kazımova (16 yaşlılar) və Abdulla Qədimbəyli (8 yaşlılar) də fəxri kürsüyə yüksəlməyə yaxın olublar. Lakin hər iki şahmatçımız əmsallar cədvəlinə görə, medalsız qalıblar. Nərmin 8 xalla 4-cü, Abdulla isə 8,5 xalla 5-ci pillədə qərarlaşıb.

Yeniyetmələr arasında dünya çempionatı 6 yaş qrupu (8, 10, 12, 14, 16 və 18 yaşlılar) üzrə keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti