...

Qafqaz müsəlmanlarının dini lideri Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Cəmiyyət Materials 25 Noyabr 2009 16:04 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
Qafqaz müsəlmanlarının dini lideri Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

"Şeyxülislam Azərbaycan xalqına sağlamlıq, əmin-amanlıq və xöşbəxtlik arzulayıb", - çərşənbə günü Trend -a daxil olan məktubda deyilir.

"Qurban bayramı bizim tarixi adət-ənənəmiz və təqvimimizdə olan müqəddəs günlərdən biridir, - məktubda deyilir. - Bu əziz günlərdə biz torpaqlarımız və müstəqilliyimiz uğrunda həlak olan şəhidlərin ruhu üçün dualar edirik".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti