...

Prokurorluq Rusiyada iki nəfəri öldürməkdə ittiham olunan azərbaycanlı avtoritetin cəzalandırılmasını tələb edir

Cəmiyyət Materials 2 Dekabr 2009 17:47 (UTC +04:00)
Trend News-un məlumatına görə, çərşənbə günü Şirvan Apelyasiya Məhkəməsində Rusiyada iki nəfəri qətlə yetirməkdə, bir nəfərə isə ağır bədən xəsarəti yetirməkdə ittiham olunan kriminal avtoritet Natiq Həsənağa oğlu Hüseynlinin barəsində çıxarılmış hökmdən verilən apelyasiya protesti üzrə ilkin baxış iclası keçirilib.
Prokurorluq Rusiyada iki nəfəri öldürməkdə ittiham olunan azərbaycanlı avtoritetin cəzalandırılmasını tələb edir

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir H.Bağırov/

Bakı şəhər Prokurorluğu Rusiyada iki nəfəri öldürməkdə ittiham olunan azərbaycanlı avtoritetin cəzasının ağırlaşdırılmasını istəyir.

Trend -un məlumatına görə, çərşənbə günü Şirvan Apelyasiya Məhkəməsində Rusiyada iki nəfəri qətlə yetirməkdə, bir nəfərə isə ağır bədən xəsarəti yetirməkdə ittiham olunan kriminal avtoritet Natiq Həsənağa oğlu Hüseynlinin barəsində çıxarılmış hökmdən verilən apelyasiya protesti üzrə ilkin baxış iclası keçirilib. Məhkəmə baxışı dekabrın 16-na təyin edilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə cinayətin Hüseynli tərəfindən törədilməsinin sübuta yetirilmədiyini əsas gətirərək onun barəsindəki cinayət işinə xitam verib və avtoriteti məhkəmə zalından azad edib.

Kriminal aləmdə "Kvaldo" ləqəbi ilə tanınan Hüseynli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Məhkəmə prosesində ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib və ifadəsində qeyd edib ki, baş vermiş cinayət hadisəsindən xəbəri olmayıb. Onun sözlərinə görə, ibtidai istintaq zamanı hadisəni könüllü boynuna alıb.

Prosesdə ifadə verən 11 şahid də cinayətin Hüseynli tərəfindən törədilmədiyini deyib.

Natiq Hüseynli 1995-ci ildə soyğunçuluq etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdən çıxandan sonra alver etmək məqsədi ilə Rusiyaya yollanıb. 2002-ci ildə Rusiyada zorlama ittihamına görə 5 il azadlığın məhdudlaşdırılması cəzası alıb. Həmin cəzanı çəkdiyi zaman Natiq Azərbaycan vətəndaşları Rövşən və Ramiz Cavadovlarla cinayət əlaqəsinə girərək, 2002-ci ilin sonlarında Rusiyanın Novokuznetsk şəhərində iki Rusiya vətəndaşını qətlə yetirib və Azərbaycana gələrək burada gizlənib. Onun dəstəsinin üzvləri - Rövşən və Ramiz Cavadovlar 2004-cü ildə avtomobil qəzasında ölüblər. Natiq Hüseynlini isə Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tutublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti