...

Azərbaycanda keçiriləcək qılıncoynatma üzrə dünya çempionatında 100-ə qədər ölkə iştirak edəcək

Cəmiyyət Materials 4 Dekabr 2009 14:39 (UTC +04:00)
Azərbaycanda gənclər və yeniyetmələr arasında keçiriləcək qılıncoynatma üzrə dünya çempionatında 100-ə qədər ölkə iştirak edəcək, bu barədə cümə günü Trend Xəbərlər Şirkətinin mətbuat zalında keçirdiyi brifinqdə Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov məlumat verib.
Azərbaycanda keçiriləcək qılıncoynatma üzrə dünya çempionatında 100-ə qədər ölkə iştirak edəcək

Azərbaycan, Bakı, 4 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda gənclər və yeniyetmələr arasında keçiriləcək qılıncoynatma üzrə dünya çempionatında 100-ə qədər ölkə iştirak edəcək, bu barədə cümə günü Trend Xəbərlər Şirkətinin mətbuat zalında keçirdiyi brifinqdə Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov məlumat verib.

2010-cu il aprelin 1-dən 10-dək Bakıda gənclər və yeniyetmələr arasında qılıncoynatma üzrə dünya çempionatı keçiriləcək. Dünya birinciliyinin Bakıda keçirilməsi barədə qərar noyabrda Ümumdünya Qılıncoynatma Federasiyasının İtaliyanın Palermo şəhərində keçirilən toplantısında qəbul edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti