...

Azərbaycan yığmasının gücünü püşkatmadan sonra qiymətləndirə biləcəyik - Berti Foqts

Cəmiyyət Materials 5 Dekabr 2009 13:12 (UTC +04:00)
Alman baş məşqçisi Berti Foqts 2012-cu il Avropa çempionatının qrup mərhələsində rəhbərlik etdiyi Azərbaycanın milli yığmasının şansının dəyərləndirilməsinin tez olduğunu bildirib.
Azərbaycan yığmasının gücünü püşkatmadan sonra qiymətləndirə biləcəyik - Berti Foqts

Azərbaycan, Bakı, 5 dekabr / Trend , müxbir E.İsmayılov/

Alman baş məşqçisi Berti Foqts 2012-cu il Avropa çempionatının qrup mərhələsində rəhbərlik etdiyi Azərbaycanın milli yığmasının şansının dəyərləndirilməsinin tez olduğunu bildirib.

"Azərbaycan yığmasının uğuru barədə proqnozu püşkatmadan sonra vermək olar. Bizim yığmamız çox gəncdir və təbii ki, hazırda Azərbaycan yığmasına tərcübə qazanmaq lazımdır. Püşkatmadan sonra gücümüzü daha dəqiq qiymətləndirə biləcəyik", - şənbə günü Trend -a Foqts deyib.

Baş məşqçi deyib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən müxtəlif təlim-məşq toplanışı hazırlanır.

"Təlim-məşq toplanışlarında çalışırıq ki, maksimum oyunlar keçirək", - Foqts əlavə edib.

2012-ci il Avropa Çempionatının (AÇ) final mərhələsi Polşa və Ukraynada keçiriləcək. UEFA 2012-ci ildə keçiriləcək Avropa çempionatının püşkatma mərasimində istifadə olunacaq səbətlərin tərkibini açıqlayıb. Qitə futbol qurumunun daxilinə daxil olan 53 milli Futbol Assosiasiyasından ev sahibləri Ukrayna və Polşa yığmaları çempionata birbaşa qatılacaqlar.

Qalan 51 ölkə isə 6 səbətə bölünəcək. Azərbaycan milli komandası sonuncu səbətdə yer alacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti