...

Azərbaycanda arvadını və azyaşlı uşaqlarını öldürən ataya ömürlük həbs verilə bilər

Cəmiyyət Materials 8 Dekabr 2009 12:18 (UTC +04:00)
Trend News-un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Kəlbəcər rayon sakini Mürsəl Mahmudovun cinayət işi üzrə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Mahmudovun ömürlük azadlıqdan məhrum edilməsini hakimlərdən xahiş edib.

Azərbaycan, Bakı, 08 dekabr / Trend , muxbir H.Bağırov/

Azərbaycanda üç nəfəri xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən şəxsin ömürlük azadlıqdan məhrum edilməsi istənilir.

Trend -un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Kəlbəcər rayon sakini Mürsəl Mahmudovun cinayət işi üzrə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Mahmudovun ömürlük azadlıqdan məhrum edilməsini hakimlərdən xahiş edib. Məhkəmə dekabrın 17-də hökm elan edəcək.

Mahmudov 2007-ci ilin avqustun 18-də öz həyat yoldaşını və iki uşağını kəsici alətlərlə qətlə yetirib. Hadisə Gəncə şəhəri, Rəfibəyli küçəsində kəlbəcərlilərin məskunlaşdığı yataqxanada baş verib.

33 yaşlı Mahmudov təxminən saat 17.00 radələrində evə gələrək, həyat yoldaşı 29 yaşlı Nəcibə Mahmudovanı balta ilə qətlə yetirib. Daha sonra 4 yaşlı oğlu Yusifi və 5 yaşlı qızı Fəxriyyəni yatdıqları yerdə öldürüb.

2008-ci ilin əvvəlində Gəncə şəhər Prokurorluğu cinayət işinin ibtidai istintaqını yekunlaşdıraraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərib. Həmin il cinayət işinə baxılarkən qohumları Mahmudovun ruhi xəstə olduğunu bildiriblər.

Məhkəmə təqsirləndirilən şəxsin xəstə olmasını yoxlamaq məqsədilə məhkəmə tibbi ekspertizası təyin edib.

Ekspertizanın rəyinə görə, Mahmudov hadisəni törədərkən anlaqsız olub və buna görə də məhkəmə onun məcburi müalicə edilməsi üçün 1 saylı Maştağa Ruhi Əsəb Dispenserində müalicə alması barədə qərar qəbul edib.

2009-cu ilin yayında isə Mahmudovun müalicəsi başa çatıb və onun xəstə olmaması barədə həkimlər rəy verib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.4), (120.2.7), (120.2.8), (120.2.9), (120.2.11) maddələri ilə ittiham olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti