...

Alman pianoçu Sumqayıtda konsert verib

Cəmiyyət Materials 11 Dekabr 2009 11:06 (UTC +04:00)
Azərbaycanda Almaniya Həftələri “Almaniya ilə tanışlıq” proqramı çərçivəsində həyata keçirilmiş bu konsert Bülbül adına Uşaq İncəsəsnət məktəbində baş tutub. Konsert Almaniyanın Azərbaycandakı Səfirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Alman pianoçu Sumqayıtda konsert verib

Azərbaycan, Bakı, 11 dekabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycanın Sumqayıt şəhərində alman pianoçu konsert proqramı ilə çıxış edib

Sumqayıt şəhər İcra Hakimiyyətindən cümə günü Trend -a verilən məlumata görə, alman pianoçu Ulrix Roman Murtfeld konsert proqramı ilə çıxış edib. Azərbaycanda Almaniya Həftələri "Almaniya ilə tanışlıq" proqramı çərçivəsində həyata keçirilmiş bu konsert Bülbül adına Uşaq İncəsəsnət məktəbində baş tutub. Konsert Almaniyanın Azərbaycandakı Səfirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, Almaniyanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət şöbəsinin rəhbəri və şəhər ictimaiyyəti iştirak edib.

Almaniya Səfirliyinin Mədəniyyət şöbəsinin rəhbəri cənab Şmidter çıxış edərək Azərbaycanda Almaniya Həftələri "Almaniya ilə tanışlıq" proqramı çərçivəsində baş tutan bu silsilə tədbirlərin "Almaniyanı yaşamaq" şüarı altında keçirildiyini qeyd edib. O pianoçu haqqında qısa məlumat verib.

Konsert zamanı Mutfeld dahi bəstəkarlar - Yohannes Brahms, Ludviq van Bethoven, Qara Qarayev və Klod Debüsinin əsərlərini ifa edib. Pianoçunun ifası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti