...

Azərbaycanda həbsdə olan baş redaktorun müalicəsi təmin olunacaq - Ədliyyə Nazirliyinin idarə rəisi

Cəmiyyət Materials 15 Dekabr 2009 13:07 (UTC +04:00)
Azərbaycanda həbsdə olan baş redaktorun müalicəsi təmin olunacaq, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyev çərşənbə axşamı Trend News-a məlumat verib.
Azərbaycanda həbsdə olan baş redaktorun müalicəsi təmin olunacaq - Ədliyyə Nazirliyinin idarə rəisi

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda həbsdə olan baş redaktorun müalicəsi təmin olunacaq, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyev çərşənbə axşamı Trend -a məlumat verib.

"Qənimət Zahidin səhhəti ilə bağlı problem yoxdur. O, dişlərinin mülicə olunmasını istəyir. Onun müalicəsi təmin olunacaq", - deyə idarə rəisi bildirib.

Ombudsman Elmira Süleymanova 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin Müalicə müəssisəsinə köçürülməsi üçün müraciət edib.

Mehdiyev Qənimət Zahidin dişlərinin müalicəsi üçün onun Müalicə Müəssisəsinə köçürülməsinə ehtiyac görmür.

"Biz saxlandığı müəssisəsdə onu müalicə etmək istədik. Qənimət Zahid isə müəssisədə şərait olmadığını əsas gətirərək Müalicə Müəssisəsində müalicə olunmasını istəyir. Saxlandığı müəssisədə şərait də var, mütəxəssis də. Əlavə mütəxəssis də göndərə bilərik", - Mehdiyev deyib.

İdarə rəsmisinin sözlərinə görə, baş redaktorun dişlərində protezləşmə aparılmalıdır. "Hər bir halda onun müalicəsini təmin edəcəyik", - idarə rəisi deyib.

Zahid 2007-ci il ilin noyabrında həbs olunub. 2008-ci ilin martında isə xuliqanlıqda təqsirləndirilərək, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Baş redaktor həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti