...

Prokuror Azərbaycandan Rusiyaya qaçaqmal yolu ilə narkotik keçirmək istəyən dəstə üzvlərinə iş istəyib

Cəmiyyət Materials 15 Dekabr 2009 15:24 (UTC +04:00)
Trend News-un məlumatına görə, çərşənbə axşamı 11 nəfərlik dəstənin işi üzrə növbəti proses keçirilib.
Prokuror Azərbaycandan Rusiyaya qaçaqmal yolu ilə narkotik keçirmək istəyən dəstə üzvlərinə iş istəyib

Azərbaycan, Bakı, 15 dekabr / Trend , muxbir H.Bağırov/

Azərbaycandan Rusiyaya satmaq məqsədi ilə narkotik maddələr aparmağa cəhd göstərən dəstə üzvlərinə prokuror iş istəyib.

Trend -un məlumatına görə, çərşənbə axşamı 11 nəfərlik dəstənin işi üzrə növbəti proses keçirilib.

Prokuror dəstə üzvü İlqar Abdullayevə 15 il 9 ay, Xangəldi Əliyevə 14 il, digər dəstə üzvlərinin hər birinə 15 il azadalıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən xahiş edib.

MTNDaxili İşlər Nazirliyi (DİN) tərəfindən birgə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində "Azərbaycan-Rusiya" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik daşıyan dəstədən 62 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkar olunaraq götürülüb.

Azərbaycan vətəndaşları - Xangəldi Əliyev, onun qardaşı Firuz Əliyev, Rauf Əhədov, Azər Quliyev və başqaları qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitə olan həşişi satış məqsədi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib Rusiya Federasiyasına aparmağa cəhd göstəriblər. Onlar narkotikanı "Baki-Tümen" qatarında gizlədərək Rusiyaya keçirmək istəyiblər.

MTN və DİN əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin qatarın vaqonuna baxış zamanı gizli saxlanc yerindən qrupun üzvlərinə məxsus narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığına cəhd (29, 206.3.2-ci), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə (234.4.1) və külli miqdarda törədildikdə (234.4.3-cü ) maddələri ilə cinayət işi başlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti