...

Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurasına 20-dən çox layihə verilib

Cəmiyyət Materials 5 Yanvar 2010 12:37 (UTC +04:00)
"Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 2010-cu il üçün layihələrin maliyyələşdirilməsi ilə bağlı müsabiqə üzrə indiyədək 20-dən çox layihə təqdim olunub", - çərşənbə axşamı Trend News-a Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib.
Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurasına 20-dən çox layihə verilib

Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurasına iyirmidən çox layihə verilib.

"Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasına 2010-cu il üçün layihələrin maliyyələşdirilməsi ilə bağlı müsabiqə üzrə indiyədək 20-dən çox layihə təqdim olunub", - çərşənbə axşamı Trend -a Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib.

Trend -un arayışı: Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası ötən il dekabrın əvvəllərində 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

Layihələr 7 əsas istiqamət olmaqla, 22 mövzu üzrə təqdim edilə bilər. İstiqamətlər üzrə ümumilikdə 903 min manat vəsait ayrılıb.

Layihələr 2009-cu il dekabrın 8-dən 2010-cu il yanvarın 15-dək təqdim ediləcək. Müsabiqənin nəticələri 2010-cu il martın 10-dan sonra elan ediləcək.

Növbəti müsabiqə 2010-cu ilin aprel ayında elan olunacaq. Şura bu il 4 müsabiqə elan etməyi planlaşdırır. Yalnız Şura tərəfindən maliyyələşdirilən müsabiqələrə isə ümumilikdə 2 milyon 63 min manat vəsait ayrılacaq.

Qurbanovun sözlərinə görə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramlarından sonra layihələrin təqdimatı sürətlənib. "Bu gün bir neçə layihə qəbul etmişik. Fikrimizcə, qarşıdakı günlərdə layihə tədim edən QHT-lərin sayı daha da artacaq", - icraçı direktor əlavə edib.

2009-cu ildə Şuraya 569 layihə təqdim edilib. Layihə təqdim edən QHT-lərin Şuradan istədiyi məbləğ ümümilikdə 9 milyon manata yaxın olub, amma Şuranın müsabiqə fondu bundan dəfələrlə az - 2 milyon 68 manat təşkil edib. Müsabiqəyə təqdim edilən layihələrdən 226-sı Şura tərəfindən dəstəklənib və onlara ümumilikdə 1 milyon 848 min manat vəsait ayrılacaq.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında Prezident İlham Əliyev 2007-ci il dekabrın 13-də fərman imzalayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti