...

Azərbaycanda ekoloji qanunvericiliyin pozulmasına görə 30 min manatdan çox cərimə ödənilib

Cəmiyyət Materials 8 Yanvar 2010 11:27 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2009-cu il dekabr ayının ikinci yarısında qanun pozuntusu ilə əlaqədar hüquqi və fiziki şəxslərə qarşı 34 725 manat cərimə sanksiyası tətbiq edib ki, bunun da 30 233 manatı ödənilib.
Azərbaycanda ekoloji qanunvericiliyin pozulmasına görə 30 min manatdan çox cərimə ödənilib

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2009-cu il dekabr ayının ikinci yarısında qanun pozuntusu ilə əlaqədar hüquqi və fiziki şəxslərə qarşı 34 725 manat cərimə sanksiyası tətbiq edib ki, bunun da 30 233 manatı ödənilib. Bu barədə cümə günü Ekologiya Nazirliyinin mətbuat xidmətindən Trend -a bildirilib.

Ətraf mühitə zərər verilməsi ilə bağlı olaraq tətbiq edilmiş cərimələrin məbləğı 307 848 manat təşkil edir ki, bunun da 7 786 manatı ödənilib.

Qeyd edilən dövr ərzində su resurslarından səmərəli istifadə üzrə ekoloji qanunvericiliyin pozulması ilə əlaqədar tətbiq edilmiş cərimələr 10 min manat təşkil edir ki, bunun da 36 846 manatı ödənilib (ötən ildən qalan cərimələr də daxil olmaqla).

Atmosferin çirklənməsi üzrə tətbiq edilən cərimələr 900 manat təşkil edib ki, bunun da 2 368 manatı ödənilib (ötən ildən qalan cərimələr də daxil olmaqla); torpağın çirkləndirilməsinə görə 1400 manat cərimə tətbiq olunub, 225 manat ödənilib; floranın müdafiəsi üzrə tətbiq edilmiş cərimələrin həcmi 6 875 manat təşkil edib ki, bunun da 12 416 manatı ödənilib (ötən ildən qalan cərimələr də daxil olmaqla); faunanın müdafiəsi üzrə tətbiq edilmiş cərimələrin həcmi isə 2 400 manat olub, min manat ödənilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti