...

İran İslam Respublikasının Azərbaycandakı səfiri 20 Yanvar faciəsi ilə başsağlığı verib

Cəmiyyət Materials 18 Yanvar 2010 11:21 (UTC +04:00)
"Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmazlığını arzu etməklə yanaşı, bir daha qeyd etmək istəyirəm ki, İran İslam Respublikası Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər zaman dəstəkləyəcəkdir", - Trend News-un məlumatına görə, bazar ertsəi İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhraminin müraciətində bildirilib.
İran İslam Respublikasının Azərbaycandakı səfiri 20 Yanvar faciəsi ilə başsağlığı verib

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir A.Hüseynbala/

İran İslam Respublikasının Azərbaycandakı səfiri 20 Yanvar faciəsi ilə başsağlığı verib.

"Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmazlığını arzu etməklə yanaşı, bir daha qeyd etmək istəyirəm ki, İran İslam Respublikası Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər zaman dəstəkləyəcəkdir", - Trend -un məlumatına görə, bazar ertsəi İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhraminin müraciətində bildirilib.

Trend - un arayışı: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı 132 insan öldürülüb, onlardan 117-si azərbaycanlıdır. 744 adam ağır xəsarət alıb, 4 nəfər itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra daha 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda (Neftçala, Lənkəran) 26 nəfər qətlə yetirilib.

Səfir qeyd edib ki, xarici müstəmləkə zəncirlərindən qurtulmaq, azadlıq və müstəqilliyə qovuşmaq yolunda hər bir xalqın müqavimət hərəkatı, tarix səhifələrində əbədi həkk olunacaq şərəfli bir iş olmaqla yanaşı, həmin xalqın iftixar simvoludur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti