...

Azərbaycan məhkəməsi ali məktəblərə qanunsuz tələbə qəbul etdirən keçmiş polisin şikayətinə xitam verib

Cəmiyyət Materials 2 Fevral 2010 11:00 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Unversitetinə (ABU) və digər ali məktəblərə qanunsuz yolla tələbə qəbulu etdirməkdə ittiham olunan Binəqədi rayon Polis İdarəsinin keçmiş əməliyyat müvəkkili Müşfiq Muradovun və ABU-nun rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin katibəsi olmuş Bənövşə Hacıyevanın cinayət işi üzrə keçirilən prosesdə qərar elan edilib.
Azərbaycan məhkəməsi ali məktəblərə qanunsuz tələbə qəbul etdirən keçmiş polisin şikayətinə xitam verib

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir H.Bağırov/

Azərbaycanda ali məktəblərə qanunsuz tələbə qəbul etdirməkdə ittiham olunan şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Trend -un məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Unversitetinə (ABU) və digər ali məktəblərə qanunsuz yolla tələbə qəbulu etdirməkdə ittiham olunan Binəqədi rayon Polis İdarəsinin keçmiş əməliyyat müvəkkili Müşfiq Muradovun və ABU-nun rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin katibəsi olmuş Bənövşə Hacıyevanın cinayət işi üzrə keçirilən prosesdə qərar elan edilib.

Təqsirləndirilən şəxs Muradov apelyasiya şikayətindən imtina edilməsi barədə məhkəməyə məktub göndərib. Həmin məktuba əsasən də hakimlər apelyasiya şikayətinin baxılmasına xitam veriblər. Digər təqsirləndirilən Hacıyeva isə məhkəmənin hökmü ilə razılaşıb.

Təqsirləndirilən şəxslər 2005-cü ildə bir qrup şəxslə cinayət əlaqəsinə girərək, ABU-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından kənar tələbələr götürülməsinə başlayıblar. Onlar əvvəlcə tələbələri Dağıstanda olan universitetlərdən birinə qəbul etdirməyi, sonra isə ABU-ya köçürüləcəyini vəd ediblər.

Təqsirləndirilən şəxslər 2005-2007-ci illər ərzində 100-dən çox vətəndaşı aldadaraq pullarını mənimsəyiblər. Zərərçəkmişlərin şikayətindən sonra təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulublar.

Ağır Cinayətlərə Dair İşlər üzrə MəhkəməCinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq etmək) maddəsi ilə ittiham olunan Muradovun 4 il müddətinə azadlıqdan məhrum etmə, Hacıyevanın isə 3 il şərti cəza alması barədə hökm çıxarılıb. Hacıyeva məhkəmə zalından azadlığa buraxılıb. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayət veriblər.

Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində təqsirləndirilən şəxslərin apelyasiya şikayətinə baxılıb. Məhkəmədə Muradovun barəsində çıxarılmış hökmü dəyişdirilib və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Hökmün digər hissəsi isə qüvvədə saxlanılıb. Lakin Muradov həmin qərardan Ali Məhkəməyə kasasiya şikayəti edib. Ali Məhkəmə onun şikayətini təmin edib və işin yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti