...

Azərbaycan məktəblərində hərbi hazırlıq dərslərinə xüsusi diqqət yetirilməlidir - Milli Məclisin deputatı

Cəmiyyət Materials 2 Fevral 2010 18:15 (UTC +04:00)
Azərbaycanın ümumtəhsil məktəblərində hərbi hazırlıq dərslərinin keyfiyyətinə xüsusi diqqət yetirilməlidir. Bunu çərşənbə axşamı Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva jurnalistlərə deyib.
Azərbaycan məktəblərində hərbi hazırlıq dərslərinə xüsusi diqqət yetirilməlidir - Milli Məclisin deputatı

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanın ümumtəhsil məktəblərində hərbi hazırlıq dərslərinin keyfiyyətinə xüsusi diqqət yetirilməlidir. Bunu çərşənbə axşamı Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva jurnalistlərə deyib.

Onun sözlərinə görə, ilkin hərbi hazırlıq dərslərində gənclər yalnız texniki vərdişləri mənimsəməli deyil, eləcə də vətənpərvər ruhda tərbiyə olunmalıdır. "Hərbi xidmətə çağırılan gənclər tanış olmadıqları vəziyyətlə qarşılaşmalı deyillər, onlar ideoloji cəhətdən hazır və bilikli olmalıdırlar", - Paşayeva deyib.

Deputat qeyd edib ki, gənclərin vətənpərvər ruhda tərbiyə alması üçün məktəblərdə, televiziyalarda və digər kütləvi informasiya vasitələrində bu istiqamətdə təbliğat işləri aparılmalıdır. "Biz, Azərbaycan gənclərinin Azərbaycanın milli qəhramanları sıralarından özlərinə kumirlər seçmələrinə nail olmalıyıq", - Paşayeva deyib.

Xəbər lenti

Xəbər lenti