...

Azərbaycanda Buzadırmanma üzrə birinci Beynəlxalq Çempionat keçiriləcək

Cəmiyyət Materials 4 Fevral 2010 12:46 (UTC +04:00)
Hava və Ekstremal İdman Növləri Federasiyasından cümə axşamı Trend News-a verilən məlumata görə, fevralın 5-7-dəQusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Azərbaycanda Buzadırmanma üzrə birinci Beynəlxalq Çempionat keçirilməsi planlaşdırılır.
Azərbaycanda Buzadırmanma üzrə birinci Beynəlxalq Çempionat keçiriləcək

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir F.Hüseynli/

Azərbaycanda Buzadırmanma üzrə birinci Beynəlxalq Çempionat keçiriləcək.

Hava və Ekstremal İdman Növləri Federasiyasından cümə axşamı Trend -a verilən məlumata görə, fevralın 5-7-də Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Azərbaycanda Buzadırmanma üzrə birinci Beynəlxalq Çempionat keçirilməsi planlaşdırılır.

Çempionata Rusiya, Cənubi KoreyaGürcüstandan idmançıların qatılacağı gözlənilir.

Son günlər havanın şıltaqlığı, temperaturun artması yarışların keçiriləcəyi ərazilərdəki bəzi donmuş şəlalələrdə buzlaqların əriməsinə səbəb olub.

Təbiətin yaratdığı bu cür maneələrə baxmayaraq, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Bakıdan olan "Ekosport", "Qərb Universitetinin idman klubu", "A+A", "Dağ hazırlığı məktəbi", "Memarlıq və İnşaat Universiteti", Qusardan olan "Salavat", Qaxdan olan "Ekstrim", Zaqataladan olan "Mountain Bee" və Ağcabədidən olan "Çöl bəbirləri" klublarının 30 nəfərdən çox idmançısı hazırda Qusar rayonunun Ləzə kəndi ərazisində yarışlara hazırlıq məqsədilə intensiv məşq edirlər.

2 turdan ibarət yarışın I seçmə mərhələsindən keçən yerli idmançılar II turda-finalda xaricdən gələn idmançılarla yarışacaqlar.

Federasiyadan bildirilib ki, ölkəmizdə bu növ turnirin keçirilməsi gələcəkdə idmançılarımızın buzadırmanma texnikasını təkmilləşdirməyə, müxtəlif ölkələrin bu sahədə təcrübələrini öyrənməyə, eyni zamanda alpinizm, qayayadırmanma və buzadırmanma təşkilatları ilə Federasiyanın əlaqələrinin daha da genişləndirilməsinə şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti