...

Azərbaycanlı gimnastlar "Miss Valentina - 2010" turnirində medallar qazanıblar

Cəmiyyət Materials 15 Fevral 2010 15:19 (UTC +04:00)
Azərbaycanlı gimnastlar "Miss Valentina" ənənəvi turnirində medal qazanıblar. Turnir sevgililər günü ərəfəsində Baltikyanı ölkələrin Tartu şəhərində başa çatıb.
Azərbaycanlı gimnastlar "Miss Valentina - 2010" turnirində medallar qazanıblar

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir F.Hüseynli/

Azərbaycanlı gimnastlar "Miss Valentina" ənənəvi turnirində medal qazanıblar. Turnir sevgililər günü ərəfəsində Baltikyanı ölkələrin Tartu şəhərində başa çatıb.

Yarışın təkcə birinci günü gimnastlarımız 6 medal - qızıl, gümüş və dörd bürünc qazanıblar. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında deyilir.

Milli komandamızın lideri Aliyə Qarayeva dörd finaldan üçündə 3-cü yerdən aşağı düşməyib: topla ən yaxşı ifa, lent ilə ikinci, iplə üçüncü. Aliyə Qurbanovaya isə yalnız çənbər bürünc medal gətirib.

Ceyla Quliyeva, Stefani Trayanova, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Cəmilə Hüseynova və Nigar Mirzəyeva ikinci nəticə göstərərək, Rusiya komandasından sonra gümüş medal qazanıblar.

Aprel ayında keçiriləcək Avropa çempionatına hazırlaşan gənclər qrupu iştirakçılar üçlüyünü susdurub və milli yığmanın baş məqçisi Mariana Vasilyevnanın qiymətləndirməsinə görə, "hamının, hətta rəqiblərinin də xoşuna gəlib".

"Düşünürəm ki, Mədinə Qasımova, Mənsurə Mehdiyeva, Aliyə Paşayeva və İradə Əhədzadə Avropa birinciliyində layiqincə çıxış edərək, hələ çoxlarını təəccübləndirə bilərlər. Mən çox şadam ki, qızlar özlərini itirmədilər, xalı üzərinə çıxdılar və sadəcə bir nəfəsdə 5 iplə kompozisiya göstərdilər. Aynur Cabbarlı, Lalə Yusifova, Ayşə Mustafayeva, Siyana Vasilyeva və Mənsurə Baqiyeva səkkiz kollektiv arasında birinci olublar", - baş məşqçi deyib.

Baş məşqçi yeniyetmələrin göstərdiyi fərdi nəticələrdən də razı qalıb. "Qızıl" medalı Azərbaycana 1997-ci ildən olan gimnastlar arasında həlqə və toppuzla hərəkət göstərərək birinci yeri tutan Mənsurə Baqiyeva qazandırıb. 1996-cı il təvəllüdlü Ayşə Mustafayeva yarışlarda iplə ikinci, həlqə ilə 3-cü yeri tutub. Elə bu yaş kateqoriyasından olan Lalə Yusifova iplə, topla və toppuzla 3-cü olub.

"Yalnız Jalə Qaratova və Yekaterina Prokopenko, həmçinin fərdi proqramda çıxış edən Dina Qorina Bakıya medalsız qayıdıblar, Jalə və Katya 4-cü və 5-ci yerləri tutublar. Dinanln isə hazırda ən yaxşı göstəricisi 10-cu yerdir. Güman edirəm ki, turnirdən turnirə onlar öz göstəricilərini yaxşılaşdıracaqlar. Yeri gəlmişkən, növbəti yarışlar artıq bu həftə baş tutacaq - Moskva Qran-pri mərhələsini qəbul edəcək və beynəlxalq turnir keçirəcək", - yığmamızın baş məşqçisi bildirib.

Xəbər lenti

Xəbər lenti