...

Azərbaycanın tanınmış tarzəni Tehranda konsert verəcək

Cəmiyyət Materials 2 Mart 2010 13:53 (UTC +04:00)
Azərbaycanın tanınmış tarzəni Ramiz Quliyev sabah Tehranda konsert verəcək.
Azərbaycanın tanınmış tarzəni Tehranda konsert verəcək

Azərbaycan, Bakı, 2 mart / Trend , müxbir T.Cəfərov/

Azərbaycanın tanınmış tarzən sənətkarı Ramiz Quliyev sabah Tehranda konsert verəcək.

Tehranda keçirilən Beynəlxalq Fəcr Musiqi Festivalı çərçivəsində Azərbaycanın tanınmış sənətkarı Ramiz Quliyevin başçılığı ilə Abşeron Musiqi Qrupu "Vəhdət" sarayında çıxış edəcək. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Abşeron Musiqi Qrupunun konserti Beynəlxalq Fəcr musiqi festivalının finalında keçiriləcək. Festival dörd gün öncə başlayıb və sabah yekunlaşacaq.

Bundan qabaq Ramiz Quliyev İranın milli orkestri ilə birlikdə müştərək konsert verib.

Xəbər lenti

Xəbər lenti