...

Azərbaycan tələbələri Britaniyanın Esseks Universiteti tərəfindən tanınan diplom ala biləcəklər

Cəmiyyət Materials 2 Mart 2010 15:27 (UTC +04:00)
Azərbaycanlı tələbələr ikiqat diplom: Azərbaycan Dillər Universiteti (ADU) və Britaniyanın Esseks Universiteti tərəfindən tanınan diplom ala biləcəklər. Bu barədə Dillər Universitetinin məlumatında deyilir.
Azərbaycan tələbələri Britaniyanın Esseks Universiteti tərəfindən tanınan diplom ala biləcəklər

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanlı tələbələr ikiqat diplom: Azərbaycan Dillər Universiteti (ADU) və Britaniyanın Esseks Universiteti tərəfindən tanınan diplom ala biləcəklər. Bu barədə Dillər Universitetinin məlumatında deyilir.

İki ali təhsil müəssisəsinin əməkdaşlığı məsələsinə dair ADU-nun rektoru Səməd Seyidov və Esseks Universitetinin nümayəndələri doktor Elen Emeri və doktor Nilufər Demirkan arasında ilkin razılaşma imzalanıb.

Təhsil proqramına əsasən, Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin tələbələri ilk iki ili Dillər Universitetində, növbəti iki ili isə Esseks Universitetində təhsil almaq imkanı əldə edir.

Xəbər lenti

Xəbər lenti