...

Azərbaycan Dillər Universitetində üç yeni istiqamət üzrə tədrisin təşkili planlaşdırılır

Cəmiyyət Materials 3 Mart 2010 13:30 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində üç yeni istiqamət üzrə tədrisin təşkili planlaşdırılır.
Azərbaycan Dillər Universitetində üç yeni istiqamət üzrə tədrisin təşkili planlaşdırılır

Azərbaycan, Bakı, 3 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan Dillər Universitetində üç yeni istiqamət üzrə tədrisin təşkili planlaşdırılır.

"Biz aşağıdakı istiqamətlər üzrə tədris təşkil etmək niyyətindəyik: Hindistan, Malayziya və Qafqazşünaslıq", - universitetin rektoru Səməd Seyidov çərşənbə günü jurnalistlərə məlumat verib.

Rektorun sözlərinə görə, universitetin bütün ixtisaslarına tələbat var.

"2010-cu ildə biz tərcümə fakültəsinin ixtisasları üzrə yenidən islahatların aparılmasına nail olmuşuq, gələcəkdə bizim tələbələr Türkiyənin Hacət Təpə Universitetində və Strasburq Universitetində təhsillərini davam etdirə və bu nüfuzlu ali məktəblərin diplomlarını ala biləcəklər", - Seyidov deyib.

Xəbər lenti

Xəbər lenti