...

Prokuror Azərbaycanda mənimsəmədə təqsirləndirilən bir qrup bank işçisinə 22 il iş istəyib

Cəmiyyət Materials 9 Mart 2010 16:17 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Kapital Bank" ASC-nin Şəmkir filialının baş mühasibi Şahin Əliyev, bank filialının əməkdaşları - Rasim Nağıyev, Nisə Bayramova, Mənzər Paşayeva və Arif Hümbətovun cinayət işi üzrə keçirilən prosesdə prokuror çıxış edib.
Prokuror Azərbaycanda mənimsəmədə təqsirləndirilən bir qrup bank işçisinə 22 il iş istəyib

Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda mənimsəmədə təqsirləndirilən bir qrup bank işçisinə prokuror 22 il iş istəyib.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Kapital Bank" ASC-nin Şəmkir filialının baş mühasibi Şahin Əliyev, bank filialının əməkdaşları - Rasim Nağıyev, Nisə Bayramova, Mənzər Paşayeva və Arif Hümbətovun cinayət işi üzrə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Əliyevin 11 il, Nağıyevin 5 il, Bayramova, Paşayeva və Hümbətovun hər birinin 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Əliyev "Kapital Bank" ASC-nin Şəmkir filialının baş mühasibi vəzifədə işləyərkən digər təqsirləndirilən şəxslərlə əlbir olaraq, 2007-ci il sentyabrın 13-dən 2009-cu il martın 30-dək olan müddət ərzində öz qulluq mövqeyindən istifadə edərək, filialda fəaliyyətdə olan "Wester Union", "Privatmoney", "Miqom", "Blizko" və "Kontakt" sürətli pul köçürmələri sistemləri adı ilə müxtəlif şəxslərin adlarına kassa məxaric orderləri yazıb imzalamış, bu sənədlər əsasında bankın xəzinəsindən banka məxsus 417 550 ABŞ dolları (335 210 manat) məbləğində vəsaiti mənimsəmişdir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə (179.3.2), vəzifə saxtakarlığı (313), səhlənkarlıq (314) maddələri ilə ittiham edilirlər.

Xəbər lenti

Xəbər lenti