• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Azərbaycanda məişət zorakılığı ilə bağlı qanun layihəsi qəbul olunmaya bilər

17 Mart 2010 14:50 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda məişət zorakılığı ilə bağlı qanun layihəsi qəbul olunmaya bilər.

"Avropa Şurası və ABŞ-ın istəyi ilə gündəmə gələn qanun layihələri müzakirəyə çıxarılmazdan əvvəl ciddi araşdırma aparılmalıdır. Biz ilk növbədə həmin layihələrin qəbul olunması təkliflərinin hansı məqsədlə irəli sürüldüyünü bilməliyik. Bu layihələr bəzən xoşməramlı olmur", - çərşənbə günü Trend -a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Trend -un arayışı: Azərbaycan Parlamenti 2008-ci ildə "Məişət zorakılığı haqqında" qanun layihəsini müzakirəyə çıxarsa da, onu yenidən işlənməsi üçün geri qaytarıb.

BMT Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarı ilə 25 noyabr qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə beynəlxalq gün kimi qeyd olunur. BMT, ATƏT və Avropa Şurası Azərbaycanda məişət zorakılığının qarşısını almaq üçün xüsusi qanunun qəbulunu vacib sayır.

Quliyevin sözlərinə görə, bəzən Azərbaycan dövlətçiliyini zəiflətmək üçün müəyyən layihələrin qəbulu tələb olunur.

"Bəzi layihələrin müzakirəsi məsələsi hətta xoş məramla ortaya çıxsa belə, həmin beynəlxalq təşkilatlar bizim milli xüsusiyyətlərimizi nəzərə almadan bunu edirlər", - millət vəkili əlavə edib.

Onun fikrincə, Azərbaycanın öz dəyərləri, özəl əxlaq kodeksi var.

"Bizim tarixi, mədəni inkişaf yolumuz nəzərə alınmadan Avropaya kor-koranə inteqrasiyaya getmək olmaz. Əlbəttə, demokratik prosesləri inkişaf etdirmək lazımdır. Amma bu prosesi mərhələli şəkildə həyata keçirmək lazımdır. Amma milli-mənəvi dəyərlərdə inteqrasiya ola bilməz", - Quliyev vurğulayıb.

Komitə sədrinin müavini hesab edir ki, bütün bunları nəzərə alaraq Azərbaycan ailəsindəki proseslərə vəkil, qanun vasitəsilə müdaxilə həmin ailənin dağılması ilə nəticələnə bilər. "Əgər Azərbaycan ailəsində ağsaqqal sözü yox, qanundakı müddəalar əsas götürüləcəksə, təbii ki, həm ailə dağılacaq, həm də biz məişət zorakılıqlarının qarşısını ala bilməyəcəyik", - o xatırladıb.

Quliyev deyib ki, bütün bunları nəzərə alaraq komitədə məişət zorakılığı ilə bağlı qanun layihəsinin müzakirələri dayandırılıb. "İki ildir Dövlət quruculuğu və hüquq siyasəti komitəsi layihə üzərində işləsə də, sənədin müzakirəyə çıxarılacağı ehtimalı azdır. Düşünürəm ki, bu qanun qəbul olunsa belə, oradakı müddəaları tətbiq etmək mümkün olmayacaq. Digər tərəfdən, bu qanunun qəbulu Azərbaycanda əsrlərdən bəri formalaşan ailə institutunun dağılması ilə nəticələnə bilər. Ona görə də bu məsələdə tələsməyə ehtiyac yoxdur", - millət vəkili bildirib.

Buna baxmayaraq, komitə sədrinin müavini qeyd edir ki, Azərbaycanda mütləq məişət zorakılığının qarşısı alınmalıdır. "Ailədə fiziki zorakılıqdan istifadə olunması tamamilə yolverilməzdir. Ailə üzvləri bir-birilərinə qarşı zorakı vasitələrlə davranmamalıdırlar. Problemin yalnız qanunla deyil, başqa vasitələrlə həlli yollarını da fikirləşmək lazımdır", - Quliyev vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.az

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper
Kateqoriyasında olan digər xəbərlər
ŞAD XƏBƏR! Bakı metrosunun yeni qatarı SABAHDAN xəttə buraxılacaq
Cəmiyyət 18:28
Zərifə Əliyevanın 95-ci ildönümünə həsr olunmuş “Qələbəyə doğru” intellektual oyununun bağlanış mərasimi keçirilib (FOTO)
Cəmiyyət 18:08
Gürcüstanlı nazir və rektor Bakı Dövlət Universitetində olub (FOTO)
Cəmiyyət 17:52
FHN nümayəndələri BSU-da təlim keçiblər (FOTO)
Cəmiyyət 17:06
Paytaxt və regionlarda yeni xalça emalatxanaları və xammal tədarükü məntəqələri tikilir (FOTO)
Cəmiyyət 16:24
Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün YENİ ADDIM
Cəmiyyət 16:13
Azərbaycanda bu şəxslər sponsor ola bilməyəcəklər
Cəmiyyət 14:18
Azərbaycanın “Nüvə Tədqiqatları Mərkəzi”ndəki sterilizasiya qurğusu MAQATE tərəfindən yüksək qiymətləndirilib (FOTO)
Cəmiyyət 13:42
“Zəngəzur” sənədli filmi sosial şəbəkələrdə (VİDEO)
Cəmiyyət 13:06
Bakıda yeni kartinq mərkəzi istifadəyə verildi
Cəmiyyət 12:20
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb
Cəmiyyət 11:18
Müəllif Hüquqları Agentliyi 22 il ərzində 11 554 əsəri qeydiyyatdan keçirib (FOTO)
Cəmiyyət 11:04
"Formula 1" ilə bağlı avtobuslarda “Təhlükəsizlik ayı”na start verildi
Cəmiyyət 10:24
DİM müsahibədə iştirak etməyən namizədlərə növbəti dəfə xəbərdarlıq edib
Cəmiyyət 10:06
DİM jurnalistika üzrə təhsil alan bakalavrlara müraciət etdi
Cəmiyyət 09:49
Azərbaycanda tütünlə bağlı daha bir qadağa qüvvəyə mindi
Cəmiyyət 09:15
Rob Sobhani: Azərbaycan sabit ölkə olaraq bundan sonra da etibarlı tərəfdaş kimi qəbul ediləcək
Cəmiyyət 08:04
Rublun məzənnəsinin ucuzlaşması manata təsir edəcəkmi?
Cəmiyyət 19 Aprel 22:10
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter