...

Azərbaycanda dələduzluqda ittiham olunan keçmiş müstəntiqin cinayət işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 17 Mart 2010 14:55 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən Trend News-a verilən məlumata görə, Qusar rayon prokurorluğunun keçmiş böyük müstəntiqi Ələmşah Şükürovun cinayət işi hakim Eynulla Vəliyevin icraatına verilib.
Azərbaycanda dələduzluqda ittiham olunan keçmiş müstəntiqin cinayət işi məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda dələduzluqda ittiham olunan keçmiş müstəntiqin cinayət işi məhkəməyə göndərilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən Trend -a verilən məlumata görə, Qusar rayon prokurorluğunun keçmiş böyük müstəntiqi Ələmşah Şükürovun cinayət işi hakim Eynulla Vəliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 19-na təyin edilib.

Şükürov prokurorluq işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi"nin tələblərini kobud şəkildə pozduğuna görə, ötən ilin noyabrın 25-də rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric edilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Şükürov xidməti vəzifəsinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə etməklə ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların əmlakını ələ keçirib və bununla da fiziki şəxslərin qanunla qorunan hüquqları və qanuni mənafelərinə mühüm zərər vurub.

Şükürov Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini aşma (308.1), dələduzluq (178.2.3, 178.2.4) maddələri ilə ittiham edilir.

Xəbər lenti

Xəbər lenti