...

Azərbaycanda dələduzluqda ittiham olunan hərbi qulluqçunun apelyasiya şikayəti təmin edilməyib

Cəmiyyət Materials 2 Aprel 2010 15:29 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Gəncə Apelyasiya Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat İdarəsinin birinci ordu korpusu üzrə şöbənin rəis əvəzi, mayor Yaşar Həbibovun apelyasiya şikayəti üzrə qərar elan edilib.
Azərbaycanda dələduzluqda ittiham olunan hərbi qulluqçunun apelyasiya şikayəti təmin edilməyib

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycanda dələduzluqda ittiham olunan hərbi qulluqçunun apelyasiya şikayəti təmin edilməyib.

Trend-in məlumatına görə, bu gün Gəncə Apelyasiya Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat İdarəsinin birinci ordu korpusu üzrə şöbənin rəis əvəzi, mayor Yaşar Həbibovun apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Həbibovun apelyasiya şikayəti təmin edilməyib və onun barəsində Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmənin hökmü qüvvəsində saxlanlıb.

Cinayət Məcəlləsinin dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə (178.3.2-ci) maddəsi ilə ittiham olunan Həbibov Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Həbibov 10-dan çox vətəndaşı aldadaraq, onları işə düzəldəcəyi bəhanəsi ilə külli miqdarda pul mənimsəyib.

Xəbər lenti

Xəbər lenti