...

Azərbaycanın Müasir İncəsənət Muzeyində "Uçuşa baxış" bədii sərgisinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2010 20:21 (UTC +04:00)
Cümə günü Azərbaycanın Müasir İncəsənət Muzeyində səkkiz rəssamın "Uçuşa baxış" adı altında rəsm sərgisinin açılışı olub.
Azərbaycanın Müasir İncəsənət Muzeyində "Uçuşa baxış" bədii sərgisinin açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir V.İmanov/

Cümə günü Azərbaycanın Müasir İncəsənət Muzeyində səkkiz rəssamın "Uçuşa baxış" adı altında rəsm sərgisinin açılışı olub.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva, Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Gənclər və idman naziri Azad Rəhimov, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və başqaları iştirak edib.

Sərgini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycanın əməkdar elm xadimi, ÜNS Teatrının bədii rəhbəri professor Nərgiz Paşayeva açıb.

"Bu, öz işlərinin ustası olan səkkiz dahi peşəkarın olduqca gözəl sərgisidir. Bəzən adama elə gəlir ki, hər kəs əlinə fırça alıb rəsm çəkə bilər, lakin həmin rəsmə fövqəladə ruh vermək, təkrarolunmaz obraz yaratmaq, qeyr-adi təəssürat yaratmaq hər adamın işi deyil. Öz işinin daxili aləmini göstərmək, ürəyinin nəbzini göstərə bilmək üçün rəssamda fitri istedad olmalıdır", - Paşayeva deyib.

Sərgidə rəssamların abstraksionizm üslubunda olan heykəltəraşlıq əsərləri, rəsmləri nümayiş olunub.

"Əgər rəssamın heykəltəraşlıq əsəri az-az reallığı əks etdirirsə, o zaman abstraksionizm üslubunda yaradılmış rəsmlər həmin reallığın qranını inkişaf etdirir, tamamilə yeni estetika yaradır. Onlar özlərində keçmişə apara biləcək, reallığı göstərə biləcək, həmçinin gələcəyə götürə biləcək müstəsna qamma rəngləri təqdim edir. Ona görə də bu rəsmlərə adi gözlə baxmayın, onları ürəklə, intuisiya ilə hiss edin, axı onları rəssamların geniş ürəkləri yaradıb", - Nərgiz Paşayeva deyib.

Nümayiş etdirilmiş işlərin ideya müəllifləri və rəssamları - Altay Sadıxzadə, Fuad Salayev, Məmməd Mustafayev, Eldar Məmmədov, Mikayıl Əbdürəhsənov, Şamil Buksayev, Ağa Hüseynov və Əli İbadullayevdir.

Altay Sadıxzadə bu cür möhtəşəm Müasir İncəsənət Muzeyinin inşasına görə Prezident İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkürünü bildirib. Sadıxzadə, həmçinin rəssamlara öz əsərlərini nümayiş etdirmələrinə şərait yaratdığına görə Nərgiz Paşayevaya da minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti