...

Gürcüstan azərbaycanlıları "erməni soyqırımı" məsələsində Türkiyəni dəstəklədiyini bildiriblər (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2010 15:16 (UTC +04:00)
Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) nümayəndələri cümə axşamı Türkiyənin Tbilisidəki Səfirlyi qarşısında türk xalqını dəstəkləyən aksiya keçiriblər.
Gürcüstan azərbaycanlıları "erməni soyqırımı" məsələsində Türkiyəni dəstəklədiyini bildiriblər (FOTO)

Gürcüstan, Tbilisi, 22 aprel /Trend, müxbir C.Babayeva/

Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) nümayəndələri cümə axşamı Türkiyənin Tbilisidəki Səfirlyi qarşısında türk xalqını dəstəkləyən aksiya keçiriblər.

GAK sədri Əli Babayev qondarma "erməni soyqırımı" məsələsində türk xalqını dəstəkləyən məktubu Gürcüstanda yaşayan azərbaycanlıların adından səfirliyə təqdim edib.

"Biz, Gürcüstan azərbaycanlıları, qondarma "erməni soyqırımı"nın tanınmasına qarşı çıxırıq".

Nümayiş iştirakçıları "Azərbaycan - Türkiyə: bir millət, iki dövlət" şüarını səsləndiriblər.

"Gürcüstan erməniləri aprelin 24-də Türkiyənin Tbilisidəki Səfirlyi qarşısında qondarma "soyqırım"ın tanınmasını dəstəkləyən aksiya keçirmək niyyətindədir", - Babayev Trend-ə bildirib.

"Gürcüstan azərbaycanlıları həmin gün Türkiyəni dəstəkləyən növbəti aksiyanı keçirməyə hazırdır", - GAK nümayəndəsi deyib.

Gürcüstanın erməni icması ölkə Parlamentindən "erməni soyqırımı"nın tanınmasını tələb edir. Bununla əlaqədar icma rəsmi məktubla Gürcüstan Prezidenti Mixail Saakaşvili, Parlamentin sədri David Bakradze, adbaad hər deputata, həmçinin, bir sıra siyasi partiyaların liderlərinə müraciət edib.

Xəbər lenti

Xəbər lenti