...

Dünya dini liderlərinin Bakı sammiti bəşəriyyətin rifahı naminə konfessiyalararası münasibətlərin inkişafına təkan verəcək - Şeyxülislam (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2010 12:16 (UTC +04:00)
Dünya dini liderlərinin Bakı sammiti bəşəriyyətin ümumi maraqları və qlobal problemlərin - terrorizm, dini fanatizm, ekstremizm və separatizmin aradan qaldırılması naminə konfessiyalararası və mədəniyyətlərarası münasibətlərin inkişafına yeni təkan verəcək və tarixi baxımdan önəmli hadisə olacaq. Bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə sammitin açılışında deyib.
Dünya dini liderlərinin Bakı sammiti bəşəriyyətin rifahı naminə konfessiyalararası  münasibətlərin inkişafına təkan verəcək - Şeyxülislam (FOTO)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir S.Əliyev/

Dünya dini liderlərinin Bakı sammiti bəşəriyyətin ümumi maraqları və qlobal problemlərin - terrorizm, dini fanatizm, ekstremizm və separatizmin aradan qaldırılması naminə konfessiyalararası və mədəniyyətlərarası münasibətlərin inkişafına yeni təkan verəcək və tarixi baxımdan önəmli hadisə olacaq. Bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə sammitin açılışında deyib.

"İnsan hüquqlarının pozulması, narkotik maddələrin və digər psixotrop vasitələrin yayılması, kosmosa nəzarət, nüvə terrorizmi, kütləvi qırğın silahlarının tətbiqi, bizi olduqca narahat edir", - Şeyxülislam deyib. - "Biz, din xadimləri nüvə silahsızlaşdırılması iqtiqamətində böyük dövlətlərin ciddi addımlarını təqdir edirik və hesab edirik, əgər bu gün dini liderlər öz nüfuzundan, alimlər praktik biliklərindən, dövlət başçıları proqressiv əməkdaşlıqdan istifadə etməsələr, sabah onlar tarixin və bəşəriyyətin qarşısında cavab verməli olacaqlar".

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri planetin müxtəlif guşələrində törədilən terror aktları ilə bağlı narahatlığını bildirib.

"Böyük Yaradanın nazil etdiyi dinlərin heç biri terrora, zorakılığa və təcavüzə haqq qazandırmır. Dinc vətəndaşların öldürülməsi, terror və vandalizm aktlarının törədilməsi üçün dini şüarlardan istifadə edənlər bizim Vahid Yaradan qarşısında böyük günah işlədir. Unutmaq lazım deyil ki, dünya dinləri insan həyatına qəsdi bütün bəşəriyyətə qarşı qəsd kimi dəyərləndirir", - o deyib.

Şeyxülislam din xadimlərin ekstremist, radikal və separatçı qüvvələrə, ərazi bütövlüyünə və dövlətlərin təhlükəsizliyinə qarşı çıxanlara qarşı vahid mövqe tutmağa çağırıb.

"20 ildən çoxdur ki, Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Biz Ermənistanla hərbi münaqişənin sülh yolu ilə həll olunması üçün bütün səylərimizi göstəririk. Hesab edirəm, bu gün Qafqaz regionunun bütün münaqişələri kimi, Dağlıq Qarabağ problemi də ərazi bütövlüyü, beynəlxalq hüquq prinsiplərinə uyğun qarşılıqlı anlaşma çərçivəsində həll oluna bilər", - Paşazadə deyib.

Dünya liderlərinin Bakı sammitində dünyanın 35 ölkəsindən müxtəlif konfessiyaların 250 nümayəndəsi iştirak edir.

Xəbər lenti

Xəbər lenti